"Azərbaycanın bütün regionları özünün inkişaf mərhələsini yaşayır" - MÜNASİBƏT BİLDİRİLDİ

"Azərbaycanın bütün regionları özünün inkişaf mərhələsini yaşayır" - MÜNASİBƏT BİLDİRİLDİ

"Prezident İlham Əliyev regionların inkişafı ilə bağlı tapşırıqlar verir və bu tapşırıqların icrası vəziyyəti ilə yerindəcə tanış olur. Ölkə başçımızın regionlara səfərləri icra olunan layihələrin icrasında icraçıların məsuliyyətini artırır və sosial infrastrukturun daha keyfiyyətlə ərsəyə gəlməsini şərtləndirir". Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanın bütün regionları özünün inkişaf mərhələsini yaşayır: "Ölkəmizdə sosial-inkişafdan kənarda qalan heç bir region yoxdur. Hətta işğaldan azad olunmuş ərazilər də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil edilərək respublikada gedən ümumi inkişafa qoşulmuşdur.

7 avqustda dövlət başçısının Şəmkir, Samux, Qazax və Bərdə rayonlarına səfəri çərçivəsində bir sıra infrastruktur layihələrin və istehsal sahələrinin açılışları edildi. Bu, həmin bölgədə həyat şəraitinin daha müasirləşməsinə və vətəndaşların daha rahat yaşamalarına xidmət edəcək. Ümumiyyətlə, ölkə başçımızın regionlara səfəri bu regionların inkişafının yeni mərhələsinə qədəm qoyması ilə yadda qalır. Bu, dövlət başçımızın siyasi kursunun təməlində Azərbaycan vətəndaşının dayandığının göstəricisidir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə