"Azərbaycan işğaldan azad edilmiş bütün ərazilərini dirçəldəcək" - DEPUTAT ŞƏRH ETDİ

"Azərbaycan işğaldan azad edilmiş bütün ərazilərini dirçəldəcək" - DEPUTAT ŞƏRH ETDİ

Bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş bölgələrimizə - Xocalı, Füzuli, Şuşaya səfəri baş tutub və burada etdiyi çıxışları böyük siyasi əhəmiyyətə malikdir. Şuşada baş tutan “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimindəki çıxışı da dünya mətbuatında dəfələrlə dərc edilib.

Milli Məclisin deputatı Musa Qasımlı bu barədə SİA-ya danışıb: "Azərbaycan Prezidenti İlham Əliyevin Füzuli, Xocalı və Şuşaya səfərləri, bir sıra obyektlərin təməlini qoyması və etdiyi çıxışlar böyük əhəmiyyət daşıyır. İlk növbədə bütün dünyaya belə bir mesaj verilir ki, Azərbaycan işğaldan azad edilmiş bütün ərazilərini dirçəldəcək, yenidən quracaq və sakinlərini mərhələlərlə ən müasir evlərə köçürəcək. Bu səfərlər zamanı göstərilən kadrlar, cənab Prezidentin söylədikləri işğal illərində təcavüzkar Ermənistanın barbarlığını göstərir. Cənab Prezidentin Xocalının azad edilmiş iki kəndinə səfəri həmin kəndlərin tezliklə dirçəldiləcəyinə, sakinlərinin doğma torpaqlarına qayıdacaqlarına və digər ərazilərimizin də tapdaqdan qurtulacağına işarədir. Şuşada Qlobal Media Formunda dövlət başçısının verilən suallara cavabı Azərbaycan gerçəklərinin xarici ölkələrdə yayılmasına bir vasitədir. Forumun dövlət başçısı tərəfindən birinci adlandırılması o deməkdir ki, ikincisi və digərləri də olacaq. Beləliklə, mədəniyyət paytaxtımız olan Şuşanın bu məzmunu tam əhatə olunacaqdır".

Müəllif: Aysel Naibli

Bütün xəbərlər Facebook səhifəmizdə