Qubad İbadoğlunun demokrat olması müəmmalı suallar yaradır - TƏHLİL
Dövr və zaman dəyişsədə dağıcı müxalifətin yanaşması və fəaliyyəti dəyişmədiyi müşahidəı olunur. Onların atdıqları addımlar, verdikləri qəralar ancaq xarici anti-Azərbaycan dairələrin sifarişlərinə əsalanır. Hər vəchlə çalışırlar ki, aldıqları çirkli pulların qarşılığında ölkədə qarşıdurma yaratsınlar, ictimai siyasi sabitliyi pozsunlar. Misal olaraq 2003-cü il 15-16 oktyabr iğtişaşlarını, 2005-ci ildə "Qələbə" meydanında polislə qarşıdurmalar yaratmağa cəhdlər göstərilmələrini, 2009 və 2013-cü il prezident seçkiləri öncəsi “Milli Şura” adlı qondarma qurumun təmsilçiləri xarici anti-Azərbaycan mövqeli qüvvələrdən aldıqları maddi-mənəvi dəstək hesabına mövcud ictimai-siyasi sabitliyi pozmaq üçün dəridən-qabıqdan çıxmalarını, nəhayət, Nardaran qəsəbəsində din pərdəsi altında pozuculuğa meyil etmələrini göstərmək olar. Bütün bu məkrli planlarının başında isə Azərbaycanı ötən əsrin 90-cı illərinin anarxiya və xaos dövrünə sürükləmək istəyi durur.
AXCP sədri Ə.Kərimli, Müsavat partiyasının başqanı A.Hacılı, keçmiş başqan İ.Qəmbər, “Milli Şura”nın sədri Cəmil Həsənli, həmin qrumun üzvü Tofiq Yaqublu və ara sıra ABŞ-da cansıxıcı həyatdan bezib Azərbaycana qaçan və özünü iqtisadçı adlandıran Qubad İbadoğlu xalqa və dövlətə düşmən kəsiliblər. Onların hərəkətləri müxalifətçilikdən çox xalqa, dövlətə açıq düşmənçilik deməkdir. Yəni onların müxalifətçilik fəaliyyətləri böyük zəhmət hesabına yardılan genişmiqyaslı quruculuq-abadlıq işlərini, sosial-iqtisadi uğurları dağıtmaq, möhkəm əsaslar üzərində qurulan ictimai-siayasi sabitliyi pozmağa yönəlib. Bu çirkin planlarını həyata keçirmək üçün hər cür məkrli qüvvələrlə əməkdaşlıq etməkdən çəkinmirlər.
Qubad İbadoğlu müxalifətçi olduğunu İsa Qəmbərin və Əli Kərimlinin gözünə soxmaq istəyir
Diqqətçəkən məqam ondan ibarətdir ki, son günlər Fransa kimi erməni təssübkeşi olan ölkələr Azərbaycana qarşı qarayaxma kampaniyası aparılar. Bundan ruhlanan və ya xüsusi sifariş alan Azərbaycanın dağıdıcı müxalifəti daxildə ictimai rəyi çaşdırmağa xidmət edən açıqlamalar verir, paylaşmalar edirlər. ABŞ-da lövbər salaraq “virtual iqtisadçılıq”la məşğul olan Qubad İbadoğlu müxalifətçi olduğunu İsa Qəmbərin, Əli Kərimlinin gözünə soxmaq üçün dəridən qabıqdan çıxır. O mənasız iqtisadi təhlilər irəli sürür, neft sənayesi, neft daşınmaları ilə bağlı təhrifedici iqtisadi mülahizələrini söyləyir. Yəni Q.İbadoğlu bütün gücünü Azərbaycandakı sosial-iqtisadi durumla bağlı vəiyyəti mümkün qədər neqativ fonda təqdim etməyə yönəldib. Hətta bir qədər də irəli gedərək sosial şəbəkələrdə özündən uydurduğu rəqəmlərlə insanları aldatmağa çalışır, yalanı aşkar olunanda isə günahını hansısa beynəlxalq təşkilatın “faktları”nın üzərinə yıxır. Ümumiyyətlə ikibaşlı və ziddiyətli açıqlamaları ilə konkret hansı peşənin, sahənin admı olduğunu göstərə bilməyib. Gah sosial şəbəkələrdə “virtual iqtisadçılıq” kimi çıxış edir, gah “blogger-siyasətçi” kimi danışmağa çalışır, gah da vətəndaş cəmiyyətinin təmsilçisi olaraq özünü təqdim etməyə çalışr. Əslində qeyd olunan peşələrin heç biri tam deyil, yarımçıqdır. Bu baxımdanda Azərbaycanının ictiami rəyində Q.İbadoğlu ciddi şəxs kimi qəbul edilmir. 2015-ci ildə Müsavtadan acıq edərək kənarda özünə “Azərbaycan Demokratiya və Rifah” adlı partiya yaratsa da özünü doğrulda, siyasi arenda təsdiq edə bilmədi. Nəhayət ABŞ -dakı ağalarının yanına qaçmağa məcbur oldu. Hətta himayədarları ABŞ-da ona küçələrdə təmizliyə nəzarət idarəsində işə də düzəltdilər.
Q.İbadoğluya qrant, qonorar müqabilində islahatları hədəf seçmək tapşırığı verilib
Deyilənlərə və yazılanlara görə, küçələrdə vəzifəsini layiqincə icra etdiyindən yaxşı məvacib alır. Sosial şəbəkələrdə sifarişlər əsasında can fəşanlıq etdiyindən məvacibinə əlavələr də edilir. Siyasi bilgiləri çox zəif və savadsız olduğundan səthi təhlilləri mövcuddur. Lakin bu ağalarını narahat etmir. Əsas odur ki, onun Azərbaycanla bağlı qarayaxmaları, şər və böhtanları tezislər əsasında sosial şəbəkələrə çıxarılaraq müzakirə edilir. Q.İbadoğlu cəfəng fakir irəli sürür, “Azərbaycan dövləti siyasi mühitin dağıdılması, siyasi partiyaların dağıdılması üçün addımlar atır”. Təbii ki, illər öncə Müsavtdan başını götürüb qaçan diletantın bu cür ittihamlar səsləndirməsi təəccüblü və təsadüfi deyil.
Fakt budur ki, “Siyasi partiyalar haqqında” Qanunun ictimaiyyətin müxtəlif təbəqələrinin müzakirəsi ilə qəbul edilib. Birmənalı şəkildə qeyd etmək olar ki, “Siyasi partiyalar haqqında” Qanunun ölkəmizdə həyata keçirilən islahatların davamıdır. Q. İbadoğluya qrant, qonorar müqabilində islahatları hədəfə çevirmək, Azərbaycan reallıqlarını təhrif etmək barədə tapşırıq verən xarici dairələr də bunu yaxşı bilirlər. Sadəcə, qəbul və həzm edə bilmirlər.
Q.İbadoğlu ABŞ-da əli ətəyindən uzun qayıdacaq
Şübhəsis ki, Q.İbadoğlu Qanunu hədəf seçməsinin səbəbləri var. Birincisi “Azərbaycan Demokratiya və Rifah” adlı partiyanı siyasi arenaya çıxara biməsi və bu yaxınlarda partiyanın buraxıldığını élan etdi. Çünki, qanuveiciliyə “ADR” ın fəaliyyəti üçün 5 min imza toplanılmalıdır. Yəni inadırıcı deyil ki, yedək partiya qismində çıxış edən və daim fəaliyyətini dövlətçilik maraqlarına qarşı quran partiyaya kimsə dəstək versin. Təbii ki, 5 min imza toplaya bilməyəcəyi təqdirdə “ADR” siyasi arenada fəaliyyət göstərmək imkanından məhrum olacaq. Bunu Q,İbadoğlu yaxşı anladığından qanunla bağlı hay-küy salıb, şantaş metodundan istifadə edir. Düşünür ki, bununla ənənəvi qərəzli beynəlxalq təşkilatların diqqətini özünə cəlb etməklə onlardan dəstək almağa çalışır. Ancaq niyyətini reallaşdıra bilməyəcək. Çünki, Qanunun hazırlanması və qəbulu prosesində dünyanın 24 ölkəsinin təcrübəsindən istifadə olunub, 47 siyasi partiyadan 250-dən çox təklif Milli Məclisə yazılı formada təqdim edilib, parlamentdə təmsil olunan müxtəlif partiyaların nümayəndələri Milli Məclisin komitə və plenar iclaslarında 100-dən çox təklif irəli sürüblər və nüfuzlu beynəlxalq təşkilatların rəy və təklifləri nəzərə alınmaqla qəbul edilib. Bundan sonra Q.İbadoğlunun və digərlərinin hay-küy qaldırması qeyd etdiyim kimi onların xarici sifarişlər almalarından irəli gəlir. Əminəm ki, Q.İbadğlu ABŞ-da çox qala biməyəcək. Bir gün ondan imtina olunacaq və o əli ətəyindən uzun Azərbaycana qayıdacaq.
İ.ƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB