“Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etməsi bu təşkilata yeni bir nəfəs gətirdi“ - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etməsi bu təşkilata yeni bir nəfəs gətirdi. 1961-ci ildə yaranan və zaman keçdikcə nüfuzu artan bu təşkilat 2019-ci ildə təşkilata yeni üzv olmuş Azərbaycana sədrliyi həvalə etdi. Sədrlik müddəti bir qayda olaraq 3 il təşkil edir. Lakin Azərbaycanın sədrliyi hərəkatın nüfuzunun daha da artmasına, bura daxil olan ölkələrin problemlərinin beynəlxalq birliklərdə qaldırılmasına səbəb oldu”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, ölkəmiz sədrliyi dövründə bütün dünyanı bürüyən Covid-19 pandemiyası zamanı Azərbaycan BMT-nin bu məsələ ilə bağlı xüsusi sessiyasının çağrılmasına nail oldu: “Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının parlament şəbəkəsi, gənclər birliyi yaradıldı. Bunun nəticəsidir ki, artıq 2 ildir Azərbaycanın sədrlik müddəti daha 1 il olaraq artırılır.
Bakıda Hərəkatın xarici işlər nazirləri bürosunun iclasının keçirilməsi Azərbaycanın artan nüfuzunu göstərir. Cənab Prezidentimiz bugünkü müraciətində də aktual və önəmli məsələlərə toxundu. Prezidentin Fransa barəsində cəsarətlə dediyi “Fransa üzr istəməlidir” fikri Azərbaycanın beynəlxalq ictimaiyyəti əlaqələndirən məsələlərə açıq şəkildə münasibət bildirdiyini göstərdi. Hesab edirəm ki, Bakıda baş tutan tədbir ölkəmizi bir daha dünyada tanıdacaq, ölkəmizin nüfuzunu artıracaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB