“Azərbaycan ordusu səngərdə inkişaf dövrünü keçən ordudur” - HƏRBİ EKSPERT DANIŞDI
“Azərbaycan ordusunun inkişaf tarixinə nəzər yetirsək, bunu bir neçə mərhələyə bölə bilərik. Azərbaycan ordusu səngərdə, döyüş meydanında yaranan, formalaşan və inkişaf dövrünü keçən ordudur. Bu ordunun bugünkü dövrü özünü fərqli formada təqdim edir. Bu gün ölkəmizin ordusunu dünyanın müasir orduları sırasına aid etmək olar”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.

Onun sözlərinə görə, silahlı qüvvələrimiz 44 günlük müharibədə özlərini tam göstərdilər: “Ordunun silah-texnika parkı demək olar ki, inkişaf etmiş ölkələrin silah-texnika parkı ilə eyni səviyyədədir. Döyüş bacarığı, hərbi qulluqçuların bilik və bacarıqları bizi qələbəyə aparan amillərdən idi.
1990-cı illər Azərbaycan ordusunun yaranması və onun formalaşması dövrüdür. 2000-ci illərin əvvəlləri Azərbaycan ordusu özünün yenilənmə dövrünə qədəm qoydu. Mövcud olan silah-texnika parkının modernləşməsi, tələb olunan silah və texnikaların alınması, müdafiə sənayesi sektorunun inkişafı kontekstində ordumuz bir neçə istiqamətdə inkişaf dövrünü keçdi. Həmçinin paralel olaraq Azərbaycan ordusu hərbi qulluqçuların döyüş qabiliyyətinin artırılması istiqamətində fundamental layihələri həyata keçirdi. Xüsusi təyinatlı qüvvələrin timsalında ordu mənsubları dünyanın güclü ordulara sahib ölkələrində təlimlər keçdilər.
Azərbaycan ordusunun bütünlüklə inkişaf dövrünü biz yarandığı gündən, yəni 1991-ci ildən 2020-ci il Vətən müharibəsinə qədərki bir dövr olaraq əhatə etsək, ordumuz öz əsas imtahanını Vətən müharibəsində qələbə çalaraq müvəffəqiyyətlə vermiş oldu”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB