“Əsrin müqaviləsi” Azərbaycana dayanıqlı inkişaf və iqtisadi müstəqillik gətirdi - ŞƏRH

31 may 2023-cüil tarixindəBakı Enerji Həftəsi çərçivəsində keçirilən 28-ci Beynəlxalq Xəzər Neft və Qaz – Caspian Oil&Gas və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – Caspian Power sərgiləriölkəmizin energetika sektorunun inkişafında xüsusi əhəmiyyət daşıyır.Diqqətçəkən əsas və vacib məqamlardan biri də ABŞ, Böyük Britaniya, xüsusilə Avropa İttifaqının bu tədbirdə böyük tərkibdə təmsil olunması idi. ABŞ Prezidenti Co Baydenin, Böyük Britaniyanın Baş naziri Sunakın tədbirəöz məktublarınıünvanlamalarıözü tədbirin qlobal əhəmiyyətindən xəbər verir.

Azərbaycan RespublikasınınPrezidenti cənab İlham Əliyev sərgilərin açılışında çıxışı zamanı bir çox mühüm məsələlərə toxunmuşdur. Dövlət başçımızçıxışı zamanı bildirib ki, Xəzər Neft-Qaz Sərgisi 1994-cü ildən etibarən Azərbaycana öz potensialını beynəlxalq investorlara təqdim etməyə imkan yaradır. Məhz 1994-cü ildə ilk neft-qaz sərgisi keçirildi və həmin il Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və gərgin səyləri nəticəsində“Əsrin müqaviləsi” imzalandı ki, bu da ölkəmizdə vəziyyəti kökündən dəyişdi. Məhz bu tarixi sənədin imzalanması ilə Azərbaycanın firavan gələcəyinin təməli qoyuldu.Ötən illər ərzində Azərbaycan daxili bazarda enerjiyə olan tələbatları tam təmin edib və bu gün sayı getdikcə artan ölkələrin və ilk növbədə Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında get-gedə daha mühüm rol oynayır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev öz çıxışında Azərbaycanın Avropa qitəsində enerji daşıyıcıları sahəsində fəaliyyətini genişləndirməsinin həm ölkəmiz, həm də tərəfdaşlarımız üçün zəruri olduğunu deyərkən, məhz bu baxımdan Cənub Qaz Dəhlizinin böyük önəm daşıdığını vurğuladı. Dövlət başçımızın təşəbbüsü ilə yaradılan Cənub Qaz Dəhlizi Məşvərət Şurasıçərçivəsində nazirlərin toplantısına hər dəfə Azərbaycan ev sahibliyi edir. Bu isəölkəmizin layihədə aparıcı rolunu təsdiqləyən mühüm amillərdən biridir. “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycana dayanıqlı inkişaf və iqtisadi müstəqillik gətirdi. Ərazilərimizin işğalı, bir milyondan artıq qaçqın-köçkün, vətəndaş qarşıdurması – bütün bunlar sərmayəçiləri bir növ qorxudurdu.Bizim neft kəmərlərimiz yox idi, infrastrukturumuz yox idi, hətta ölkədə mülki infrastruktur da geridə qalmışdı. Ona görə də bir çox səylər tələb edildi ki, Azərbaycan öz tərəfdaşlarını buraya dəvət etsin. Enerji təhlükəsizliyiyindən danışarkən cənab Prezident bildirmişdir ki, bu gün enerji təhlükəsizliyi milli təhlükəsizliyə bərabərdir və hətta milli təhlükəsizlik gündəliyində ən başlıca yeri tutur.

Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığının əhəmiyyətini vurğulayan canab Prezident qeyd etmişdir ki, bunun müsbət məqamları olduqca çoxdur və gələcək potensial da olduqca genişdir. Avropa İttifaqı ilə Azərbaycan ötən ilin iyulunda enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalayıb.Memorandum uğurla icra edilir.Ölkəmiz Avropa İttifaqı ilə bərabər, Cənub Qaz Dəhlizi Məşvərət şurasının üzvüdür.Azərbaycan özünü enerji sahəsində nəhəng transformasiya prosesinin tərkib hissəsi hesab edir.Azərbaycan çalışır ki, bu məsələdə geridə qalmasın və lider, aparıcı ölkə olsun.Qlobal əhəmiyyətl daşıyan “Cənub Qaz Dəhlizi “ layihəsi tarixi nailiyyətdir, 3500 kilometrdən artıq neft kəmərlərindən ibarət bir sistemdir və o, enerji təhlükəsizliyi və enerji şaxələndirilməsində müstəsna rol oynayır.

Bərpaolunan enerji ilə bağlı öz fikirlərini bilsirərkən cənab Prezident qeyd etmişdir ki, bu sahədə fəaliyyət göstərən məşhur beynəlxalq şirkətlər Azərbaycana böyük maraq göstərirlər. İllər keçdikcə bu şirkətlərin sayı artacaq.ÖtənilindekabrayındaBuxarest şəhərində yaşılenerjiyə dairmühümtədbirkeçirildi. Azərbaycan, Gürcüstan Macarıstan, Rumıniya bir araya gəldi və Avropa Komissiyasının Prezidenti də həmin tədbirdə iştirak etdivə yaşıl enerjiyə və transmissiyaya dair müvafiq sənəd imzalandı. Bu layihə daha çox ölkələr və şirkətlər cəlb edəcəkdir. Bu layihə çərçivəsindəAzərbaycan ən azı 4 qiqavat “yaşıl enerji”ni Avropaya nəql edə biləcək.
Perspektiv planlardan danışılarkən bildirilmişdir ki, 2027-ci ilə qədər Avropa bazarına qaz təchizatımı iki dəfə artırılacaq. Qaz təchizatımız ötən il 8 milyard kubmetr idi, bu il 12 milyard kubmetr nəql ediləcək. Bu, Azərbaycanın ümumi ixracının yarısıdır və 2027-ci il üçün biz bu rəqəm 20 milyarda çatdıracaq.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən uğurlu enerji siyasəti ölkəmizin beynəlxalq statusunu artıran önəmli amillərdən birinə çevrilmişdir.Avropa İttifaqının liderləri Azərbaycanı etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçısı adlandırır.

Milli Məclisin deputatı
Rauf Əliyev

Bütün xəbərlər Facebook səhifəmizdə