“Rəcəb Tayyib Ərdoğan azacıq saxtakarlıq etsəydi, elə birinci turdan seçilərdi” - AZƏR HƏSRƏT
“Cənab Rəcəb Tayyib Ərdoğan əgər azacıq saxtakarlıq etsəydi, elə birinci turdan seçilərdi. Amma adam onu belə etmədi”. SİA xəbər verir ki, bu sözləri Türkiyədə keçirilən seçkilərin müşahidəsi mövzusunda olan konfransda ATƏT DTİHB-in seçki müşahidə missiyasında iştirak edən Azər Həsrət deyib.
Onun sözlərinə görə, heyətə gələn insanlar ona köklənmişdi ki, Kemal Kılıçdaroğlu qalib gəlsin: “Bunun bizə nə istisi soyuğu var! Müşahidəçi neytral olmalıdır.
Mən Türkiyəyə getməmişdən 1 həftə öncə qeyd etdim ki, seçki bitənə kimi Türkiyə ilə bağlı heç bir şərh verməyəcəyəm. Çünki mən müşahidəçi olaraq neytral idim. Bizə atılan böhtana göz yummamaq, adımızdan istifadə edilməməsi üçün bu haqda açıqlama verməyi özümə borc bildim”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB