“Vətənə inamı bizə Heydər Əliyev qaytardı” - VALEH ƏLƏSGƏROV

“Vətənə inamı bizə Heydər Əliyev qaytardı” - VALEH ƏLƏSGƏROV

“Heydər Əliyev hakimiyyətə gələndə mənə, mənim övladlarıma, millətimə və vətənimə layiq olduğu heysiyyəti geri qaytardı. O vaxtı Azərbaycan parçalanıb məhv olurdu”. SİA xəbər verir ki, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə “Ümummilli lider Heydər Əliyevin xarici siyasətinin prioritetləri” mövzusunda keçirilən beynəlxalq konfransda Ələt azad İqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov deyib.

Valeh Ələsgərov sözlərinə belə davam edib: “Mən Türkiyədə olanda bütün yollarda “Öncə vətən” yazıları olurdu. Vətənə inamı bizə Heydər Əliyev qaytardı. Bunu heç vaxt unutmaq olmaz. Bunları yaşamış insanlar hər zaman xatırlayır. Biz bu hadisələri övladlarımıza və gələcək nəsillərə çatdırmalıyıq”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə