"Dövlət başçısının rəhbərliyi ilə azad olunmuş ərazilər sürətlə bərpa olunur" - NAZİR BİLDİRİB

"Dövlət başçısının rəhbərliyi ilə azad olunmuş ərazilər sürətlə bərpa olunur" - NAZİR BİLDİRİB

"Prezident İlham Əliyevin rəhbərliyi ilə 30 il işğal altında qalan doğma torpaqlarımızın azad edilməklə Ümummilli Liderin ən ümdə vəsiyyətinin və xalqımızın arzusunun reallığa çevrildi. Dövlət başçısının rəhbərliyi ilə həmin ərazilərin sürətlə bərpa olunur". SİA xəbər verir ki, bu sözləri ədliyyə naziri Fikrət Məmmədov deyib.

Nazir qeyd edib ki, Ulu Öndərin adını daşıyan və yarandığı gündən ölkənin sosial-iqtisadi inkişafına dəyərli töhfələr verən Heydər Əliyev Fondunun rəhbəri, respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu istiqamətdə mühüm layihələr reallaşdırılır: "Torpaqlarımızın qısa müddətdə dirçəldilərək soydaşlarımızın doğma yurdlarına Böyük Qayıdışı ilə həmin bölgədə milli hüquq institutlarının da fəaliyyəti təmin ediləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə