"Türkiyədə olacaq prezident seçkiləri ilə bağlı hələ dəqiq bir fikir söyləmək mümkün deyil. Çünki iki fərqli tərəf var. Yəni, fərqli anket şirkətləri var ki, müxtəlif nəticələr yayınlayırlar. Hər şey sandıqda bəlli olur. Anket şirkətlərinin bu günə qədər çox yanıldığını və yaxın rəqəmlər verdiyini görmüşük. Amma görünən odur ki, çox kritik və həssas bir seçimdir. Amma hər halda bu məsələ Türkiyə gündəminə təsir edir. Qarşıda da iki həftə zaman var. Bu iki həftədə nələr olacağı çox önəmlidir". Bu sözləri SİA-ya açıqlamasında Ankara Gazi Universiteti Uluslararası İlişkilər Doktorantı siyasi şərhçi Məhsa Mehdili deyib.
Məhsa Mehdili sözlərinə belə davam edib: "Bunu da unutmayaq ki, seçimlərin nəticəsinə təsir edən ən önəmli faktorlardan biri qərarsızlardır. Çünki hər partiyanın özünə görə bir mövqeyi var ki, bu da sabitdir. Lakin son seçim sandıqlarında qərarsızların kimi seçəcəyi nəticəyə təsir edəcək. Arzu edirəm ki, seçimin nəticəsi Türkiyə üçün xeyirli olsun".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB