"Qalmaqalın səbəbkarı Vahid Əhmədovun özüdür" - AYDIN MİRZƏZADƏ

"Qalmaqalın səbəbkarı Vahid Əhmədovun özüdür" - AYDIN MİRZƏZADƏ

"Baş verən qalmaqalın səbəbkarı Vahid Əhmədovun özüdür. Belə ki, o özü Milli Məclisin qaydalarına riayət etmədi". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Aydın Mirzəzadə deyib.

Deputat sözlərinə belə davam edib: "Blogger də təxribatçı suallar qurmuşdu və Vahid Əhmədov bloggerin qurduğu tələyə düşərək onun istədiyi cavabları verdi. O, sosial siyasəti kölgə altına saldı.

Vahid Əhmədov parlamentin legitimliyini sual altına qoyur. O, iki nəfərin adını çəkir və qalanların fəaliyyətini heç edir. Vahid müəllim, siz bizim fəaliyyətimizi niyə görmürsünüz?".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə