Səfərbərlik üzrə Dövlət Xidmətinin Naxçıvan MR baş idarəsinin rəisi işdən çıxarılıb

Səfərbərlik üzrə Dövlət Xidmətinin Naxçıvan MR baş idarəsinin rəisi işdən çıxarılıb

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası (MR) üzrə baş idarəsinin rəisi vəzifəsindən azad olunub.

SİA-nın məlumatına görə, bununla bağlı bu gün əmr imzalanıb. Əmrə əsasən xidmət rəisi, polkovnik Mirzə Cəlilov tutduğu vəzifədən azad edilib.

Digər əmrlə bu vəzifəyə polkovnik Elmar Tağıyev təyinat alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə