Azərbaycan və Qazaxıstan baş nazirləri strateji əməkdaşlığın perpektivlərini müzakirə edib
Bu gün Baş nazir Əli Əsədov və Qazaxıstan Baş naziri Əlixan Smailov arasında telefon danışığı olub.
Bu barədə SİA-ya Nazirlər Kabinetindən xəbər verilib.
Əli Əsədov Əlixan Smailovu yenidən Qazaxıstan Baş naziri təyin edilməsi münasibəti ilə təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.
Telefon danışığı zamanı iki ölkə arasında dostluq münasibətləri və müxtəlif sahələrdə əməkdaşlığın inkişafı müsbət qiymətləndirilib, Azərbaycan-Qazaxıstan strateji əməkdaşlığının perpektivləri müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB