“Azərbaycanın uğurlu xarici siyasəti bütün ölkələr tərəfindən dəstəklənir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“Azərbaycan dünyada bütün ölkələr və onların beynəlxalq qurumları ilə müsbət münasibətlər qurur. Bura həmçinin Fələstin də aiddir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, bu Azərbaycanın beynəlxalq siyasətinin aksiomasıdır: “Biz hamı ilə dostluq münasibətləri qurur və inkişaf etdiririk. Bu onu göstərir ki, Azərbaycanın xarici siyasəti humanist, suveren ölkələrin biri-birinə prinsiplərinin əsasında qurulub. Təbii ki, yeganə bir ölkə var və o da Ermənistandır ki, onlarla bizim bu günə qədər nə diplomatik, nə də başqa bir əlaqəmiz yoxdur. Bunun da səbəbi bəllidir”.
Rüfət Quliyev sözlərinə belə davam edib: “Azərbaycanın uğurlu xarici siyasəti bütün ölkələr tərəfindən dəstəklənir və başa düşülür. Bütün ölkələr bu münasibətləri inkişaf etdirməyə hazırdır. Burada həm də iqtisadi maraqlar da var. Niyə də olmasın?! Azərbaycan deyir ki, gəlin birlikdə işləyək, birgə layihələr həyata keçirək və bir-birimizə dəstək olaq”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB