Azərbaycan müstəqil siyasət həyata keçirən güclü dövlətdir

Azərbaycan müstəqil siyasət həyata keçirən güclü dövlətdir

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafaya qarşı təşkil edilmiş xain silahlı hücumu şiddətlə qınayır, qətiyyətlə pisləyir. SİA xəbər verir ki, hüquq-mühafizə orqanları müvafiq tədbirlər həyata keçirir, cinayətkarların, sifarişçilərin və icraçıların müəyyən edilərək hüquqi məsuliyyətə cəlb olunacağına və layiqli şəkildə cəzalandırılacağına şübhə yoxdur.

Azərbaycan müstəqil siyasət həyata keçirən güclü dövlətdir. Heç bir qüvvə qeyri-qanuni və cinayət tərkibli əməllərlə dövlətin prinsipial siyasətinə təsir göstərə bilməz. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, heç kim bizim iradəmizə təsir edə, bizi yolumuzdan döndərə bilməz!

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Bütün xəbərlər Facebook səhifəmizdə