Qərbi Azərbaycan mövzusu Ermənistanın dövləti cinayətlərini dünyada tanıdır - Səfir
Qərbi Azərbaycan mövzusu ümumilikdə Ermənistanın Azərbaycana qarşı yüz ildən yuxarı zaman kəsiyində törətdiyi dövləti cinayətlərini dünya ictimaiyyətinə müfəssəl qaydada tanıdır və ifşa edir. Bu fikirləri SİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç bildirib.
Böyük siyasətdə və diplomatiyada haqqını tələb etmək üçün qarşı tərəfin kim olduğunu özünə göstərməyin vacib bir amil olduğunu diqqətə çatdıran səfir bildirib ki, ermənilərin Qərbi Azərbaycan torpaqlarına köçürülməsi, bu bölgədəki türk toponimlərinə qarşı soyqırımı aktları, eləcə də soydaşlarımızın yurd-yuvalarından mərhələli və davamlı şəkildə deportasiyaya məruz qalması istiqamətində bütün işlər kompleks şəkildə sülhsevər dünya ictimaiyyətinin diqqətində saxlanılmalıdır.
Bu anlamda Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyinin Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyasını BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayması tarixi bir hadisə kimi dəyərləndirilməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB