“Ekofəallar ilk gündən bəri qoyduqları tələbin arxasındadırlar“ - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Ekofəallar ilk gündən bəri qoyduqları tələbin arxasındadırlar“ - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Ekofəalların aksiyaları Azərbaycan üçün müsbət mənada çox divident gətirdi. Son hadisələr göstərdi ki, ruslar bu məsələdə tərəf kimi çıxış edir və onlar sülhməramlı kimi ərazidə qala bilməz. Bizim heç bir zəmanətimiz yoxdur ki, ermənilərlə bərabər sülhməramlılar Azərbaycan əsgərinə hücum etməyəcək və ya törədiləcək təxribatda iştirak etməyəcək”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev bildirib.

Onun sözlərinə görə, bütün bunlar nəzərə alındıqda ekofəalların aksiyalarının müsbət tərəfləri olduqca çoxdur. Rusiya istəyir ki, ekofəalların səsi eşidilməsin. Çünki onlar belə bir aksiya baş tutacağını planlaşdırmamışdılar və bu artıq onların planlarını pozmuş, bir qədər ləngitmiş olur. Buna görə də ekofəalları eşitməməklə onları cəzalandırdıqlarını düşünürlər.

Ekofəallar hələ də ilk gündən bəri qoyduqları tələbin arxasındadırlar. Bu tələblər isə təbii ki, humanitar xarakter daşıyır.
85 gün ərzində sülhməramlıların komandanlığı Azərbaycan ekofəallarını qəbul edib, onların tələbləri ilə tanış olmaq istəmirsə, o komandan nəyə lazımdır və birmənalı şəkildə sülhməramlıların Qarabağdan çıxarılması məsələsini mütləq səsləndirməliyik”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə