“İran istər daxili, istərsə də xarici siyasətiylə terrorçu dövlət olduğunu sübut edib”. Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, İran indi regionda hər sahədə inkişaf edən, xüsusilə beynəlxalq aləmdə nüfuzu artan Azərbaycandan narahatdır: “Bu səbəbdən də Ermənistan kimi terrorçu bir dövlətə dəstəyini açıq-aşkar göstərməkdən də çəkinmir. Təəssüf ki, hazırki İran hakimiyyəti daxili və xarici siyasətindəki narazılıq yaradan mövqeyindən əl çəkmək istəmir.
Beynəlxalq birliklərin bəyənatlarında da bildirilib ki, İran dünyada dövlət səviyyəsində terroru dəstəkləyən aparıcı ölkədir.
İranda mövcud rejim terrorçu mahiyyətini getdikcə daha açıq şəkildə meydana qoyur və eyni zamanda bu fəaliyyətindən də əl çəkmir. Hadisələrin gedişinə nəzər saldıqda bunları daha detallı şəkildə görmək mümkün olur”.
Deputat sözlərinə belə davam edib: “Bildiyiniz kimi bir müddət əvvəl Xoy şəhərində zəlzələ baş vermişdi, lakin günlər keçməsinə baxmayaraq, insanlar hələ də çadırlar, istilik cihazları və ərzaq da daxil olmaqla ilkin yardım vasitələrinə ehtiyac duyurdu. İran hakimiyyəti əhalinin zəruri təminatına diqqət yönəltmək əvəzinə zəlzələ bölgəsinə silahlı çevik dəstə göndərdi. Hazırki hakimiyyətin əsas məqsədi özünə qarşı yönələ biləcək ən kiçik müxalif fikri belə əzməkdir. Bunun üçün sivil insanların üzərinə silahlı dəstələr belə göndərməkdən çəkinmir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB