Qardaş Türkiyədə baş verən dəhşətli zəlzələ bütün türk dünyasını sarsıtmışdır. Azərbaycan xalqının böyükdən kiçiyə kimi hər bir vətəndaşı dərin hüzn içində olsa da, heç kəs öz nikbinliyini itirməmişdir. Hamımız inanırıq ki, həmişə olduğu kimi, bu dəfə də böyük Türk xalqı hər bir cətinliyə sinə gərərək, bu faciəni də inamla dəf edəcəkdir. Bütün dünyaya məlumdur ki, yenilməz Türk dövlətinin iradəsi sarsılmazdır. Mən bir Azərbaycan vətəndaşı olaraq, bir ana kimi, bütün Türkiyənin vətəndaşlarına dərin hüznlə başsağlığı verirəm. Türkiyə, başın sağ olsun deyirəm. Çoxminli Yeni Azərbaycan Partiyasının ilk üzvlərindən biri kimi öz doğma, qüdrətli partiyamın çağırışını dəstəkləyərək YAP Mərkəzi Aparatının qardaş Türkiyədə zərər çəkənlərə etdiyi humanitar yardıma qoşulduğumu bildirirəm. Azərbaycan Respublikasının Müzəffər Prezidenti, doğma partiyamızın möhtərəm Sədri cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın böyük humanizminə qoşularaq bildirirəm ki, paytaxt Bakıdan bir qədər uzaqda yaşasam da, bir ağbirçək ana, sabiq millət vəkili kimi Türkiyədə zərər çəkənlərə, bacı və qardaşlarıma ismarıc göndərirəm: 5 - 6 ailəni öz evimdə qəbul edib onların hamısının qayğısını çəkməyə hazıram. Qoy dünya bilsin ki, daim olduğu kimi, biz daim qardaş Türk xalqının yanındayıq! Qoy hamıya aydın olsun ki, bir sinədə iki ürək döyünür. Ulu Öndərimiz Heydər Əliyevin təbiri ilə desək, bir millət iki dövlət olan Türkiyə- Azərbaycan birliyi heç vaxt sarsılmayacaqdır.
Səmayə PİRİYEVA,
Hacıqabul rayonu, sabiq millət vəkili
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB