Ərdoğan Qaziantep şəhərindədir

Ərdoğan Qaziantep şəhərindədir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələdən ziyan çəkmiş Qaziantep şəhərindədir.

SİA “Anadolu”ya istinadən xəbər verir ki, dövlət başçısı mövcud durumla tanış olacaq.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə