Samux rayonunda Gənclər Günü münasibətilə tədbir keçirilib FOTOLAR

2 fevral 2023-cü il tarixdə Samux rayon İcra Hakimiyyətinin, YAP Samux rayon təşkilatının və Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə YAP Samux rayon təşkilatının akt zalında Gənclər Günü ilə əlaqədar Davos formatında tədbir keçirildi. Tədbirdə rayonun ictimai-siyasi həyatında fərqlənən gənclər iştirak ediblər.

Əvvəlcə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi ziyarət olundu. Sonra YAP Samux rayon təşkilatının foyesində gənclərin rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirildi. Tədbir YAP Samux rayon təşkilatının akt zalında davam etdirildi. Gənclər və İdman İdarəsinin hazırladığı videoçarx nümayiş olundu.

Davos formatında keçirilən tədbiri giriş sözü ilə Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev açaraq Gənclər Günü münasibəti ilə gəncləri təbrik edib, Azərbaycanda dövlət gənclər siyasətinin Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulduğunu və bugünkü bayramın Ulu Öndər tərəfindən gənclərə ərməğan olduğunu bildirdi, möhtərəm Prezidentimizin Azərbaycan gəncliyinə göstərdiyi qayğı və diqqətdən, aparılan sistemli işdən, inkişafın yeni hədəflərinin müəyyən edildiyindən bəhs etdi. Sonra Davos formatına uyğun olaraq Alı Qocayev və YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov gəncləri maraqlandıran sualları cavablandırdılar.

Sonda rayon rəhbərliyi tərəfindən rayonun ictimai-siyasi həyatında göstərdikləri fəallığa və əldə etdiyi nailiyyətlərə görə bir qrup gəncə fəxri diplomlar və xatirə hədiyyələri təqdim olundu.

Bütün xəbərlər Facebook səhifəmizdə