Kanadadakı diasporumuz beynəlxalq təşkilatlara müraciət edib

Kanadada fəaliyyət göstərən “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzi ölkəmizin İrandakı səfirliyinə silahlı hücumla bağlı Kanada ictimaiyyətinə və beynəlxalq təşkilatlara müraciət edib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bəyanatda bu ölkədə yaşayan Azərbaycan əsilli kanadalıların İrandakı səfirliyin təhlükəsizlik xidmətinin rəhbəri Orxan Əsgərovun qətli və iki əməkdaşın yaralanması ilə nəticələnən terror aktından dərin narahatlıq keçirdikləri vurğulanıb.

Diaspor təşkilatı yerli və beynəlxalq ictimaiyyəti regionumuzda baş verənlərlə bağlı ədalətli mövqe tutmağa, sülh və insanlıq əleyhinə yönəlmiş cinayətlərə görə cavabdeh şəxslərin ən qısa zamanda məsuliyyətə cəlb olunması istiqamətində əməli addımlar atmağa çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə