“Molla rejimi terrorçu dövlət imicini qoruyub saxlayır” - Həsən Qarayev AÇIQLAMA

“Molla rejimi dünyada terrorçu dövlət, terrora dəstək verən rejim olaraq tanınIb. Yanvarın 27-i səhər saatlarında Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın, 1 nəfər təhlükəsizlik əməkdaşının şəhid edilməsi, 2 nəfərin ağır yaralanması bir daha fars-molla rejiminin terror fəaliyyətini daha da genişləndirdiyini göstərir”. Bunu SİA-ya açıqlamasında Qloballaşma və Milli Həmrəylik İctimai Birliyinin sədri Həsən Qarayev deyib. Təşkilat sədri bildirib ki, terror yuvası olan molla rejimi səfirliyimizə hücum təşkil etməklə xalqımızı təhdid etməyə çalışır: “Ancaq unutmasınlar ki, 30 il erməni terrorçuları da dövlətimizə və xalqımıza qarşı terror siyasəti yürütdü, nəticədə rüsvayçı məğlubiyyətlə üzləşdi. Eyni aqibəti fars –molla rejimi yaşaya bilər. Bu, bir faktdır ki, Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin müstəqil, balanslı siyasəti, ölkənin artan nüfuzu və hərbi-siyasi qüdrəti fars-molla rejimini, eləcə də mollalarla eyni cəbhədə olan qüvvələri narahat edir. Uğurlarımızı, nailiyyətlərimizi pərdələməyi bacarmadıqlarından terror fəaliyyətləri ilə bizi haqq işimizdən yayındırmağa çalışırlar. Onlar bu yaramaz əməllərinə görə, ciddi şəkildə cəzalarını alacaqlar. Bu terror aktını törədənlər və onların arxasında duranlar əmin olsunlar ki, çirkin, alçaq hərəkətlərlə Azərbaycanın inkişafına, tərəqqisinə, artan nüfuzuna, dünyadakı sülhsevər mövqeyinə maneə ola bilməzlər. Azərbaycan dövləti yenilməz Sərkərdə, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə hər an baş verən hər bir təhdidə sərt və qəti şəkildə cavab verməyə hazırdır. Tam şəkildə əminəm ki, tezliklə bu terror aktına rəvac verənlər və onu törədənlər aşkarlanaraq layiqli cəzalarını alacaqlar”.

Bütün xəbərlər Facebook səhifəmizdə