Azərbaycanın nef-qaz potensialı dünyanın diqqət mərkəzinə çevrilib ŞƏRH

Azərbaycanın nef-qaz potensialı dünyanın diqqət mərkəzinə çevrilib ŞƏRH

15 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində işgüzar səfərdə olub. Dövlət başçısı cənab İlham Əliyev ilk olaraq Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü baş tutdu. Görüş zamanı cənab Prezident dəvətə görə minnətdarlığını bildirmiş, bu dəvətin dövlətlər arasında dostluğun və qardaşlığın nümunəsi olduğunu vurğulayıb. Daha sonra Azərbaycan ilə Birləşmiş Ərəb Əmirliklərinin siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə sıx əməkdaşlıq həyata keçirdikləri və bu əlaqələrin daha da genişlənməsinin vacibliyi deyilib.

16 yanvar tarixində paytaxt Əbu-Dabidə Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib. Həmçinin Dayanıqlıq Həftəsində dünyanın 150 ölkəsindən 30 minədək nümayəndə qatılıb. Dövlət başçısının beynəlxalq tədbirə dəvət olunması beynəlxalq layihələrin müəllifinə və təşəbbüskarına çevrilən ölkəmizin dünya miqyasında artan nüfuzunun göstəricisidir. Ölkə başçısı Avropanın enerji təhlükəsizliyində, elektrik enerjisi və yaşıl enerjinin önəmli təchizatçısına çevrilməyi planlaşdırır. Beynəlxalq tədbirdə iştirak edən cənab Prezident İlham Əliyev bildirmişdir: “Təbii qaz ixracımız artır – 2021-ci ildə 19 milyard kubmetr idisə, bu il 24 milyard kubmetrə çatacaq. Artım davam edəcək. Azərbaycanın bərpaolunan enerji mərkəzlərindən birinə çevrilməsi planlarımız təkcə Azərbaycanın öz enerji təhlükəsizliyi ilə bağlı deyil”. Bu bir daha onu sübut edir ki, təbii qaz ixracımız bundan sonra da artmaqda davam edəcək. Bərpaolunan enerjilərə nisbətən bərpaolunmayan mənbələr qazıntı-yanacaq növləri, nüvə və nüvə-istilik enerjisi ətraf mühitin əlavə olaraq istiləşməsinə, çirklənməsinə, atmosferdə oksigenin intensiv sərf olunmasına, zərərli tullantıların artmasına, texnogen fəlakətin baş verməsinə gətirib çıxarır.

Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. Ölkəmiz növbəti illərədək enerji balansında bərpaolunan enerjinin payını yüksəltməyi planlayır. Ölkəmizdə enerji təhlükəsizliyinin və dayanıqlı iqtisadi inkişafın gücləndirilməsi ekoloji vəziyyətin yaxşılaşdırılması baxımından olduqca əhəmiyyətlidir. Ölkəmiz bir neçə ilə enerji balansında bərpaolunan enerjinin payını yüksəltməyi hədəfləyir. Bu, Azərbaycanda enerji təhlükəsizliyinin və dayanıqlı iqtisadi inkişafın gücləndirilməsi, habelə ekoloji vəziyyətinin yaxşılaşdırılması baxımından olduqca əhəmiyyətlidir.

Nigar İmaməliyeva

YAP Yasamal rayon AMEA Folklor İnstitutu

üzrə ərazi partiya təşkilatının sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə