Sülhməramlıların avtomobilləri maneəsiz hərəkəti davam etdirirlər

Sülhməramlıların avtomobilləri maneəsiz hərəkəti davam etdirirlər

Rusiya sülhməramlılarına məxsus avtomobillər həmişəki olduğu kimi, bu gün də Laçın-Xankəndi yolunda dinc məqsədlə təşkil olunan aksiya ərazisindən sərbəst keçirlər.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu dəqiqələrdə sülhməramlılara məxsus növbəti iki yük avtomobilinin Xankəndidən Laçına doğru hərəkətinə şərait yaradılıb.

Bu, bir daha onu göstərir ki, ərazidə sərbəst hərəkət təmin olunub.

Qeyd edək ki, Ermənistan mətbuatında yayılan, etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə