"Xalq-iqtidar birliyini bütün dünyaya göstərdik" - FƏLSƏFƏ DOKTORU DANIŞDI

"Xalq-iqtidar birliyini bütün dünyaya göstərdik" - FƏLSƏFƏ DOKTORU DANIŞDI

“Qarşıdan Dünya Azərbaycanlılarının Həmrəylik günü gəlir. Düşünürəm ki, bu gün Azərbaycan xalqının həyatında, tarixində mühim əhəmiyyət kəsb edən günlərdən biridir. 1991-ci ildə dekabr ayının 16-da məhz Ulu Önədr Heydər Əliyevin təşəbbüsü ilə dekabr ayının 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik günü kimi qeyd olunması qərara alındı”. Bu sözləri SİA-ya açıqlamasında Tarix elmləri üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universiteti Qafqaz Xalqları tarixi kafedrasının müəllimi Ülkər Məmmədzadə bildirib.

Onun sözlərinə görə, atılan addım bir daha Ümummili Lider Heydər Əliyevin uzaqgörən, müdrik siyasətinin sübutu idi: “Çünki dünya azərbaycanlılarının birliyi, təşkilatlanması olduqca vacib bir məsələ idi. 2001-ci ildə isə Bakıda dünya azərbaycanlılarının birinci qurultayı keçirildi. Həmin qurultayda Ulu Öndər dillər əzbəri olan şüarını səsləndirərək, Azərbaycanlı olması ilə fəxr etdiyini bildirib. Bütün bu addımlar dünya azərbaycanlılarının birliyinin təmin olunması üçün atılmışdır. Cənab Prezident İlham Əliyev tərəfindən də bu siyasət davam etdirilir. Biz mütləq şəkildə Ulu Öndər Heydər Əliyevin siyasətini davam etdirən cənab Prezidentin də gördüyü işlərin əhəmiyyətini vurğulamalıyıq. Biz həmrəyliyimizi 44 günlük Vətən müharibəsi dövründə də bütün dünyaya nümayiş etdirdik. Düşünürəm ki, xalq-iqtidar birliyini bütün dünyaya göstərdik. Bu birlik daha da güclənib, qüvvətlənəcək. Biz Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, təşkilatlanaraq Azərbaycanın daha böyük uğurlara imza atmasına nail olacağıq”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə