Hulusi Kılıç Prezident İlham Əliyevi təbrik etdi

Hulusi Kılıç Prezident İlham Əliyevi təbrik etdi

Hulusi KILIÇ – Türkiyənin Azərbaycandakı sabiq səfiri, “SİGN”, Türkiyənin Sosial İnkişafa Dəstək İctimai Birliyinin nümayəndəsi

Müzəffər Əli Ali Baş Komandan, qəhrəman və cəsur Prezident Cənab İlham Əliyev Sizi ad günü münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə cansağlığı, uzun ömür və xoşbəxtlik arzulayıram.

Cənab Prezident türk millətinin, xüsusən də Azərbaycan və Türkiyə xalqlarının qəlbində və yaddaşında silinməz yer tutub.

O, üstün rəhbərliyi və komandanlığı sayəsində 30 ildir işğal altında olan Qarabağı 44 gün kimi qısa müddətdə geri qaytardı. Xalqın yaxından dəstəyi və qəhrəman ordunun göstərdiyi tarixi uğurla Azərbaycanı diqqət mərkəzinə çevirdi. Ali Baş Komandan müharibədən sonra ordunu gücləndirmək üçün müasir silahlar aldı və komando birlikləri yaradıldı. O, türk ordusunun modelində müasir ordunun qurulması üçün hər cür imkan yaratdı və Can Azərbaycan ordusunu bölgənin ən güclü ordusuna çevirdi.

Ölkənin iqtisadi qüdrətini yüksəltməklə yanaşı, bir tərəfdən də siyasi gücünü təqdirəlayiq səviyyəyə qaldırdı. Qərb dünyası onun güclü və hörmətli lider olduğunu qəbul etdi.

İlham Əliyev Azərbaycanla Ermənistan arasında davamlı sülh üçün aparılan danışıqlarda müharibədə qalib gələn lider kimi tələblərini qəbul etdirən başçı olduğunu göstərdi.

Bundan əlavə, Ermənistana etdiyi çağırışlarla sülh tərəfdarı, gələcəyi quran, tolerant və yüksək humanitar dəyərlərə malik bir insan olduğunu sübut etdi.

Cenab Prezident türk dünyasının inkişafına və güclənməsinə böyük əhəmiyyət verir. Bu kontekstdə Türkiyə başda olmaqla bütün türk dövlətləri ilə sıx əlaqələr qurmağa böyük əhəmiyyət verir. Cənab Prezident türk dövlətlərinə səfərləri ilə türk birliyinin formalaşmasına verdiyi əhəmiyyəti açıq şəkildə göstərdi.

Sədrliyin Səmərqənd Zirvə toplantısındakı çıxışı Azərbaycandan kənarda yaşayan azərbaycanlıları ruhlandırdı, onlar üçün böyük güc və ümid mənbəyi oldu. Ali Baş Komandan İlham Əliyevin bu çıxışı Azərbaycandan kənarda yaşayan azərbaycanlılar, xüsusən də İranda yaşayan azərbaycanlılar üçün əlamətdar hadisə oldu.

Çox hörmətli Prezidentim, sizi ad gününüz münasibətilə təbrik edir, Allahdan sizə uzun ömür can sağlığı arzulayıram. Siz Azərbaycan türkləri üçün bir günəşsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə