“Rəsmi Bakı Kremlə “yumşaq diplomatiya” yolu ilə təsir göstərmək istəyir. Bakının Rusiya ilə münasibətlərdə gərginlik yarada biləcək məsələlərdən uzaq durmaq mövqeyi dövlətin təhlükəsizlik marağı baxımından anlaşılandır”. Bunu SİA-ya açıqlamasında politoloq Elşən Manafov deyib.
Onun sözlərinə görə, vətəndaş cəmiyyətini təmsil edənlərin ehtiyatsızlıqdan ata biləcəyi hansısa addım təxribata yol aça bilər: “Sülhməramlıların təxribata alternativ addımı arzuolunmaz hadisələrin yaşanmasına səbəb ola bilər. Sülhməramlılarla etirazçılar arasında təxribat yaratmaq istəyən qüvvələr – beşinci kolonun təmsilçiləri, Rusiyanı Ukrayna ilə gərginliyə aparan, Cənubi Qafqazda da təxribata sürükləyən qüvvələrdir. Hadisələrin ətrafında dərhal geosiyasi səciyyəli şou təşkil edərək bulanıq sularda balıq tutmağa çalışacaqlar. Beşinci kolonun, Qərbdəki bəlli dairələrin 2008-ci ildə qonşu Gürcüstanı belə bir avanturaya sürükləməsi hər kəsə bəllidir. Odur ki, təhlükəli oyundan uzaq olmalıyıq. Soydaşlarımız nəzərə almalıdır ki, Volkov kimi generallar icraçıdır. Həmin şəxslər yüksək instansiyalardan gələn sərəncamlara məsul şəxslərdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB