Azərbaycan ordusu Ermənistanın xəyallarını məhv etdi

Hər zaman dövlətimizin uğurlu gələcəyini düşünən ölkə başçısı, bizim milli maraqlarımızı qoruyaraq xalqının rifahını hər şeydən üstün tutmuşdur. Azərbaycan bir ölkə olaraq son 30 il ərzində özünü maksimum dərəcədə inkişaf etdirmiş və bununla yanaşı həm siyasi sferada və həmçinin ordu quruculuğunda irəliyə doğru sıçrayaraq dünyada öz nüfuzunu artırmışdır.

Azərbaycan ətraf ölkələrlə qonşuluq prinsipinə əsasən daim sülhü dəstəkləmişdir. Lakin mənfur tərəf olan ermənistan bizim müstəqilliyimizi yenicə bərpa etdiyimiz bir dövrdə bu vəziyyətdən istifadə edərək, müəyyən ölkənin və ya ölkələrin dəstəyi ilə torpaqlarımızı işğal altına salmışdır. Bir milyon qaçqın və köçkünlərimiz öz dədə-baba torpaqlarından didərgin düşdülər. Azərbaycanın Müzəffər ordusu uzun illərdir gözlədiyi haqq savaşını nəhayət ki, 27 sentyabr 2020-ci il tarixində ermənilərin sərhədboyu ərazidə etdiyi təxribata adekvat cavabla İkinci Qarabağ savaşına başlandılar. 44 gün davam edən haqq müharibəsi sonu ölkəmizin qazandığı Zəfərlə yekunlaşdı. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etmədi, hətta Erməni mifini dağıtmış oldu. Ölkəmizin müharibəni qazanmasında əsas göstərici isə xalqın dəmir yumruq kimi birləşərək güclü olması idi.

Bu gün artıq Azərbaycan xalqı qalib xalqdır! Öz doğma torpalarını düşmən tapdaqından azad edən bir xalqdır! Qələbəmizi əbədiləşdirilməsinə xidmət edən Hərbi Qənimətlər Parkı isə dövrümüzdə millətimizin ən çox ziyarət etdiyi bir parka çevrilməsi bizi çox sevindidir. Bu Azərbaycan Ordusunun qazandığı uğurun əyani təzahürüdür. Müharibədən dərhal sonra isə Cənab Prezidentin Vətən müharibəsində iştirak etmiş, aparılan döyüş əməliyyatlarının uğurla nəticələnməsinə töhfə vermiş Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə müvafiq qurumlardan ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşlar və mülki işçilərin müxtəlif orden və medallarla təltif edilməsi təqdirəlayiq bir addım idi. Bu gün də yuxarıda qeyd olunan bu qrup insanlara ölkə rəhbərliyi tərəfindən olaraq daim diqqət və qayğı göstərilməkdədir. Biz onlara borcluyuq! Onların göstərdiyi şücaət sayəsində biz öz qürurumuzu geri qaytara bildik! Yaşasın Müzəffər Azərbaycan Ordusu!

Behbud Quluzadə

YAP Ağcabədi rayon təşkilatının əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə