"Azərbaycan dərman vasitələrinin 95 faizindən çoxunu idxal edir" - BAŞ NAZİR

"Azərbaycan dərman vasitələrinin 95 faizindən çoxunu idxal edir". SİA xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən iclasında deyib.

Baş nazir bildirib ki, Azərbaycan dərman vasitələrini əsasən Rusiya, Türkiyə, Ukrayna, Belarusiya və digər ölkələrdən idxal edir.

O qeyd edib ki, regional və qlobal geosiyasi gərginlik idxal olunan dərman vasitələrinin qiymətinə də təsir göstərir.

Baş nazir bildirib ki, ölkəyə dərman idxalını yaxşılaşdırmaq üçün Səhiyyə Nairliyinə, Dövlət Gömrük Komitəsinə, İcbari Sığorta üzrə Dövlət Agentliyinə müvafiq tapşırıqlar verilib. “Milli Məclisin Səhiyyə komitəsini və millət vəkillərini də bu istiqamətdə öz təkliflərini irəli sürməyə dəvət edirəm”, - deyə Ə.Əsədov vurğulayıb.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə