Bu səfər nəticəsində tariximizin yeni bir səhifəsi açıldı -DEPUTAT DANIŞDI
“Cənab Prezidentin Şəkiyə səfəri bir neçə baxımdan əlamətdardır. Xalq, cəmiyyət də regionlarda həmişə cənab Prezidenti gözləyir. Cənab Prezidentin regionlara səfəri həm mənəvi, həm də sosial baxımdan ruh yüksəkliyinə səbəb olur. Lakin bu dəfə Şəkiyə edilən səfərdə bir üstün cəhət də özünü göstərdi. Bu da Xan Məscidinin bərpa edilib bitməsi, burada arxeoloji qazıntıların aparılması, Xan ailəsinə mənsub olanların məzarlarının bərpası və ən mühümi Şəki Xanı Məhəmmədhüseyn xan Müştağın məzaranın müəyyənləşdirilməsi idi. Mən çox maraqla o kadrları izlədim”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Nizami Cəfərov bildirib.

Onun sözlərinə görə, burada çox geniş araşdırmalar aparılıb, beynəlxalq səviyyədə rəy alınıb: “Bizim böyük ədəbiyyatşünasımız Salman Mümtazın verdiyi məlumat əsasında təxminən məzarın yeri bilinirdi. Amma bununla yanaşı obyektiv araşdırmalarla da bu öz təsdiqini tapmalı idi.
Buradakı arxeoloji qazıntılara rəhbərlik etmiş bizim dəyərli arxeoloqumuz Zaur Həsənovun verdiyi məlumatlar da olduqca maraqlı idi. Hüseynxan Müştaq çox böyük bir şəxsiyyətdir. O xan olması ilə yanaşı həm də bizim böyük şairimizdir. Düzdür onun çox az şeiri bizlərə çatıb. Bu mənada bu səfər nəticəsində də tariximizin yeni bir səhifəsi açıldı.
Düşünürəm ki, bizdə xanlıqlar dövrü yaxşı araşdırılmayıb. Həmin dövr birmənalı olaraq geriləmə, süqut, cəmiyyətin həyatında çoxlu problemlərin ortaya çıxması kimi səciyyələndirilir. Amma Qarabağ, Şəki, Naxçıvan, Bakı, İrəvan, Quba, Lənkəran və Cənubi Azərbaycandakı xanlıqların tarixini öyrəndikcə görürük ki, bu dövr Azərbaycanda milli hərəkat dövrüdür. Buna görə də bu dövr daha da dərindən öyrənilməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB