PREZİDENT İLHAM ƏLİYEV: “Bir güllə atmadan biz Laçın rayonunu qaytardıq”
Böyük strateji əhəmiyyətə malik olan Laçının işğaldan azad edilməsindən 2 il ötür. Müzəffər Azərbaycan Ordusunun Laçın şəhərinin mərkəzini, Zabux və Susu nəzarətə götürməsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin, sarsılmaz siyasi iradəsinin nəticəsində mümkünsüzü mümkün etdt. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin imzaladığı üçtərəfli birgə bəyanata əsasən 2020-ci il dekabrın 1-də Laçın rayonu Ermənistan ordusu tərəfindən boşaldıldı.
Müzəffər Ali Baş Komandanımızın tvitterdə paylaşdığı statusunda: “Bu gün, avqustun 26-da biz – Azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün Laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!”. Bəli, məhz bugünkü tarix və Müzəffər Ali Baş Komandanımızın sözləri – də şanlı Zəfər tariximizin bundan sonra heç vaxt silinməyəcək qürur səhifəsinə yazıldı. Və dövlət başçımızın bir müddət əvvəl nəyi, necə və nə vaxt etmək fəlsəfəsini əks etdirən bəyanatı da bir daha öz təsdiqini tapmış oldu!
MƏN NƏYİ, NƏ VAXT VƏ NECƏ ETMƏYİ ÖZÜM BİLİRƏM
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bildirmişdi: "Mən nəyi, nə vaxt və necə etməyi özüm bilirəm". Bəli, dövlət başçımızın qətiyyətinə və prinsipiallığına inanan Azərbaycan xalqının böyük əksəriyyəti şübhə etmirdi ki, Prezident indiyədək bütün vədlərini yerinə yetirib, dediyi sözlərə əməl edib, bu sözünə də əməl edəcəkdir. Və 30 ilə yaxın işğal altında olan torpaqlarımızı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu işğaldan azad etdi. Beləliklə, Laçının işğaldan azad edilməsi Azərbaycanın həm hərbi, həm də siyasi-diplomatik müstəvidə qələbəsidir.
Prezident İlham Əliyev Laçın rayonunun işğaldan azad olunması ilə bağlı xalqa müraciətində demişdir: “Biz düşməni məcbur etdik və düşmən artıq uçurum kənarında idi, tamamilə məhv olurdu. Onun başqa yolu yox idi, ya tamamilə məhv olacaqdı, ya da ki, kapitulyasiya aktına imza atacaqdı. Baxın, görün bizim həm hərbi, həm siyasi müstəvidə nə qədər böyük uğurlarımız var. Uzun illər nə qədər düşünülmüş siyasət aparmışıq. Bir çox hallarda bu siyasətin əlamətlərini ictimaiyyətə təqdim edə bilmirdik. Çünki sadəcə olaraq, bu, konfidensial məlumat idi və bizim planlarımızın reallaşmasına müdaxilə edə bilərdi. Amma çox dəqiq, məqsədyönlü, ardıcıl siyasət apararaq bir nöqtəyə vururduq, bir məqsədimiz var idi - torpaqlarımızı düşməndən təmizləmək. Buna nail olduq, həm döyüş meydanında, həm danışıqlar masasında və razılaşma yolu ilə”.
LAÇINDA ERMƏNİ VƏHŞİLİYİ
Bəli, böyük strateji əhəmiyyətə malik olan Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb.İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb.
1930-cu ildə inzibati ərazi vahidi statusu alan bu rayon 1835 kvadrat kilometrlik əraziyə malik olmaqla Kəlbəcər, Qubadlı, Xocalı, Şuşa, Xocavənd rayonları və Ermənistanla həmsərhəddir. 1 şəhər,1 qəsəbə və 125 kəndən ibarət olan Laçın rayonun 18 may 1992-ci il tarixində düşmən Ermənistan tərəfindən işğal olunmuşdur. Yüksək strateji əhəmiyyəti malik Laçın rayonu düşmənin Dağlıq Qarabağla birbaşa ərazi əlaqəsinin yaranmasında həyati əhəmiyyət kəsb edib. İşğal nəticəsində rayonun 79.1 min nəfər əhalisi respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşıb. Ermənistanın təcavüzkar siyasətinin tərkib hissəsi olaraq Laçında etnik təmizləmə siyasəti nəticəsində burada 300 nəfərdən çox hərbi və mülki şəxs qətlə yetirilib, itkin düşüb. Rayonun 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri düşmən tərəfindən talan edilərək məhv edilib. Dünya və yerli əhəmiyyətli tarixi abidələr xüsusi vəhşiliyə məruz qalaraq yerlə-yeksan olunub. Ermənistan işğalçı tərəf olaraq Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla, məqsədyönlü məskunlaşma siyasəti apararaq, demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərlə məşğul olub. Bu cür əməllər bütün beynəlxalq konvensiyalarda hərbi cinayət kimi təsbit edilir və bu cinayət dünya ictimaiyyətinin gözü qarşısında baş verib.
LAÇIN RAYONU AZƏRBAYCANIN GƏLƏCƏK İQTİSADİ İNKİŞAFINDA MÜHÜM ROL OYNAYACAQ
Laçının qaytarılmasını böyük tarixi hadisə adlandıran dövlətimizin başçısı xüsusi vurğulayıb ki, “Ölkəmizin ən böyük rayonlarından biri olan Laçın rayonu Azərbaycanın gələcək iqtisadi inkişafında mühüm rol oynayacaq. İlk növbədə, biz Laçına laçınlıları qaytaracağıq. Əziz laçınlıları bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm, gözaydınlığı verirəm. Laçın işğal olunanda bu rayonda təqribən 50 mindən bir qədər çox əhali yaşayırdı. İndi Laçın rayonunun əhalisi 80 min nəfərə çatıb. Əlbəttə ki, laçınlıları qısa müddət ərzində Laçına qaytarmaq bizim əsas vəzifələrimizdən biri olacaqdır. Həmçinin biz çalışacağıq ki, keçmiş məcburi köçkünləri işğaldan azad edilmiş bütün digər rayonlarımıza qısa müddət ərzində qaytaraq”. Bəli, hazirda işğaldan azad olunmuş bütün ərazilərdə olduğu kimi Laçın rayonunda da böyük quruculuq işləri həyata keçirilir, iri infrastruktur layihələr icra olunur. Qeyd edək ki, Prezident İlham Əliyev azad olunmuş Laçın rayonuna 4 dəfə səfər edib. İlk səfəri zamanı dövlətimizin başçısı Güləbird kəndində Azərbaycan bayrağını ucaldıb. Generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək.Həmçinin, Prezident İlham Əliyevin 2020-ci il iyunun 26-da təməlini qoyduğu Laçın Beynəlxalq Hava Limanının 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılır. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Eyni zamanda, uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur.Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” üzrə Laçın rayonunda çoxsaylı layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Bütün bunlar onu göstərir ki, doğma Laçınımız tezliklə öz əvvəlki şöhrətini bərpa edəcək və yenə də cənnət məkana çevriləcəkdir.
Bəli, bütün bunlar onu göstərir ki, doğma Laçınımız tezliklə öz əvvəlki şöhrətini bərpa edəcək və öz keçmiş həyatına qayıdacaqdır.Dövlət başçımızın dediyi kimi: Fəxr edirəm ki, Laçın şəhərinin mərkəzində milli bayrağımızı ucaltdım. Bu bayraq burada əbədi dalğalanacaq! Biz burada əbədi yaşayacağıq! Yaşasın Laçın! Yaşasın Azərbaycan! Laçın bizimdir! Qarabağ Azərbaycandır!
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB