"Laçının azad edilməsi Azərbaycanın gücünü, dönməz iradəsini göstərdi" - DEPUTAT ŞƏRH ETDİ
"Azərbaycanın Laçın şəhəri 2 il əvvəl 10 noyabr Bəyannaməsi ilə işğaldan, düşmən tapdağından azad edildi. Bu əlbəttə ki, 44 günlük müharibənin əhəmiyyətli nöqtələrindən biri idi". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva bildirib.
Onun sözlərinə görə, 8, 10 noyabr zəfərimizin davamı idi: "Əlbəttə ki, Laçının azad edilməsi bir daha Azərbaycanın sarsılmazlığını, gücünü, dönməz iradəsini göstərdi. Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Azərbaycanın hər qarış torpağını azad edənə qədər mübarizəsini davam etdirəcəyini xalqımız çox gözəl bilirdi.
44 günlük müharibə zamanı Ali Baş Komandanın verdiyi tapşırıqlar, təlimatlar da bunun bariz göstəricisidir. Bu gün Laçın da Azərbaycanın digər bölgələri kimi azaddır. Digər işğaldan azad olunan bölgələr kimi biz bu gün Laçında da quruculuq işləri görürük. Laçın artıq öz vətəndaşlarını qəbul etməyə hazır vəziyyətə gətirilir. Bu bizim üçün böyük bir qürur qaynağıdır. Bütöv Azərbaycan uğrunda, əzəli torpaqlarımız uğrunda mübarizəmiz bundan sonrakı dövrlərdə də davam edəcək. Bunu qarşı tərəf də, Azərbaycana diş qıcayan hər kəs bilsin. Bilsinlər ki, Ali Baş Komandanımızın da dediyi kimi dəmir yumruq yerindədir. Azərbaycana qarşı yanlış bir hərəkət etmək istəyənlərə qarşı dəmir dəmir yumruq hər zaman hazırdır. Qələbəmiz bir daha mübarək olsun!"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB