Azərbaycan dövləti ən ali dəyərlər üzərində qurulub - İsrail Təhlükəsizlik Akademiyası

Azərbaycan xalqının dahi oğlu‚ ümummilli lideri və xilaskarı‚ müasir Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyev Yəhudi xalqının və İsrailin böyük dostu olub. İsrail Təhlükəsizlik Akademiyasının Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən SİA-ya verilən məölumata görə, Heydər Əliyev Azərbaycanda Tolerantlığın və multikultural dəyərlərin banisidir.

Müasir Azərbaycan dövləti məhz onun rəhbərliyi altında qurularkən Tolerantlıq‚ multikultural və ali dəyərlər üzərində quruldu. Bütün Yəhudilər Heydər Əliyevi hər zaman böyük hörmət və ehtiramla anır.

Azərbaycan və İsrail əlaqələri də məhz Heydər Əliyevin dövründə qurulub və bu günümüzə qədər məhz onun siyasi xəttinin uğurla davam etdirilməsi nəticəsində yüksələn xəttlə inkişaf edib. Heydər Əliyevin parlaq siyasəti sayəsində Azərbaycanda bütün xalqlar qardaşlaşmışdır. Bu gün Azərbaycanda müxtəlif dini inanclı inanclı insanlar‚ müsəlmanlar və qeyri müsəlmanlar qardaşlıq içərisində yaşayır. Burada hər zaman bütün xalqlara və bütün inanclara doğmalıq və qardaşlıq nümunəsi sərgilənib. Azərbaycan dövləti dahi şəxsiyyət Heydər Əliyev tərəfindən qurularkən bütün xalqlara doğmalıq nümayiş etdirildi. Bununla da Azərbaycan bütün dünyada nümunə olacaq ali dəyərləri özündə əks etdirdi.

Qarşıdan gələn 2023-cü ilin Heydər Əliyev ili elan edilməsi çox əlamətdar bir haldır və Azərbaycan xalqı üçün xeyirli və uğurlu olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə