Yeni Azərbaycanın banisi olan Partiya! ŞƏRH

Bildiyiniz kimi, Yeni Azərbaycan Partiyası 21 noyabr 1992-ci il tarixində Partiya olaraq Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə təsis edilərək yaradılmışdır. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bu partiyaya rəhbər olaraq Azərbaycanın müdrik oğlu Heydər Əliyevi gətirərək bu şəxsiyyətin ətrafında birləşdilər. Bununla da Heydər Əliyev yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etməyə başladı. Heydər Əliyevin siyasi təşəbbüsü ilə ölkəmizin strateji xəttini müəyyən edən əsas addımlar atılmağa başladı. 1993-cü ilin oktyabr ayında isə artıq Heydər Əliyev böyük səs çoxluğu ilə Prezident vəzifəsinə seçildi, beləliklə, ölkənin böhrandan çıxma prosesi başlandı və xalqımız vətəndaş müharibəsi, milli müstəqilliyin itirilməsi təhlükəsindən xilas olaraq Azərbaycanın yeni, uğurlu inkişaf mərhələsinin əsasını qoymuş oldu. Uğurlu inkişafın əsas təzahürü qeyd olunan dövr üçün isə əsasən ciddi iqtisadi islahatlarla strart götürülməsi idi. Çünki yeni qurulan Azərbaycanın təməlinin daimi və möhkəm olması üçün qısa zaman kəsiyində iqtisadi gücün artması labüd idi. Ulu Öndər Heydər Əliyevin ölkəmizin üçün etdiyi mühüm işlərdən biri də vahid komandanlığa tabe olan nizami ordusunun təsis edilməsi olmuşdur. Hansı ordu ki, bu gün bütün Azərbaycan xalqı qeyd olunan ordu ilə fəxr etməkdədir. Daha sonra ölkəmizin gələcək iqtisadi taleyində mühüm rolu olan "Əsrin müqaviləsi"nin imzalanması və onun gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən düzgün neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürünü bu gün dövlətimiz maksimum dərəcədə yararlanmaqdadır. Azərbaycanın neft sənayesinin, ümumiyyətlə, iqtisadiyyatının inkişafında yeni dövrün əsasını qoyan “Əsrin Müqaviləsi”nin imzalanması ilə başlamış iş XXI əsrdə Azərbaycanın dinamik inkişaf yolunu müəyyən etdi. Yuxarıda sadalanan dövlətimizin inkişaf strategiyasına öz təsir gücünü göstərən mühüm amillərin banisi məhs Ulu Öndər Heydər Əliyev olmuşdur ki, cəmiyyətin də dahi liderə olan inamı və məhəbbəti çox yüksək səviyyədə idi. Yaşasın Ulu Öndər siyasəti! Var olsun Azərbaycan Respublikası!

Behbud Quluzadə

YAP Ağcabədi rayon təşkilatının əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə