Üçrəngli bayrağımız Laçında əbədi dalğalanacaq

44 günlük Vətən müharibəsi qəhrəman və şanlı ordumuzun tarixi Zəfəri ilə başa çatdı. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladıqları birgə bəyanata uyğun olaraq, Ermənistan tərəfindən Ağdam, Kəlbəcər və o, cümlədən Laçın rayonlarının boşaldılması qrafik üzrə həyata keçirilməli idi. Həmin qrafikə əsasən, 2020-ci il dekabrın 1-də Laçın rayonu erməni işğalından azad edildi. Həm də bu prosesin döyüşsüz, qan tökülmədən həyata keçirilməsi sevindirici və əlamətdar bir hadisə oldu. Artıq qarşıda duran əsas vəzifə təbii gözəlliklərlə zəngin olan Laçının yenidən bərpa edilməsi və dirçəldilməsi idi, hansı ki, ölkə prezidenti Cənab İlham Əliyev tərəfindən daim diqqət mərkəzində saxlanılır.Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin işğaldan azad edilmiş Laçına ilk səfəri 14 fevral 2021-ci ildə reallaşdı. Ölkə prezidenti Laçın rayonunun cənubunda, Güləbird kəndində Su Elektrik Stansiyasının açılışında iştirak etdi. O, qeyd etdi ki, Laçın rayonunun işğaldan azad olunmasından heç iki ay keçməmiş artıq burada Su Elektrik Stansiyası istismara verilir. Cənab İlham Əliyev əlavə etdi ki, bu azad edilmiş torpaqlarda istismara verilən birinci elektrik stansiyasıdır və bunun çox mühüm əhəmiyyəti, böyük rəmzi mənası var.

2021-ci il avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın rayonlarında səfərdə oldular. Ölkə prezidenti qeyd etdi ki, Laçın rayonunda beynəlxalq hava limanının, iki tunelin təməli qoyulmuşdur. Bununla yanaşı digər infrastruktur layihələrdə artıq icra edilməkdədir. Pilot layihə olaraq Kəlbəcər və Laçın rayonlarının arıçılıqla və heyvandarlıqla məşğul olan sakinlərini buraya göndəririk, şərait yaratdıq ki, onlar işə başlasınlar və artıq bu işlərə də start verilmişdir. Eyni zamanda, Kəlbəcər, Laçın istiqamətində dövlət sərhədimizi daha da möhkəmləndiririk. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Laçın rayonuna növbəti səfəri 26 iyun 2022-ci ildə baş tutdu. Ölkə başçısı Laçın rayonunun Qorçu kəndində dəniz səviyyəsindən 1800 metr yüksəklikdə 110/35/10 kilovoltluq rəqəmsal yarımstansiyanın tikintisi vəziyyəti ilə yerində tanış oldu. Tədbirdə qeyd edildi ki, yeni yarımstansiya Laçın hava limanını, rayon ərazisindəki hərbi hissələri, gələcəkdə bölgədə inşa olunacaq bütün infrastrukturu elektrik enerjisi ilə təchiz edəcək. Perspektivdə Laçın dəhlizində 110 kV-luq “Laçın Şəhər” və “Zabux” yarımstansiyalarını tikməklə, Qorçudan Laçın şəhərinə 110 kV-luq ikidövrəli elektrik verilişi xətti çəkiləcək və Laçın şəhərindən 110 kV-luq yeni xətt çəkilməklə “Şuşa” yarımstansiyası ilə əlaqələndiriləcək. Ölkə başçımızın 21 sentyabr 2022-ci il tarixində Laçına daha bir səfər gerçəkləşdirdi ki, bu səfərdə yaddaqalan hadisələrlə zəngin oldu. Cənab İlham Əliyev bildirdi ki, Laçın şəhərinin azad edilməsi həmişə tarixdə qalacaq. Bu gün Laçın şəhərində, şəhərin mərkəzində, mərkəzi küçədə Azərbaycan Bayrağını qaldırmışam. Bu bayraq burada əbədi dalğalanacaqdır. Gün gələcək ucadan uca, üçrəngli, ay-ulduzlu bayrağımız bütün tarixi torpaqlarımızda dalğalanacaq.

Cavid Məmiyev

YAP Sumqayıt şəhər təşkilatının sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə