“Vardanyan kimi dələduzun Qarabağda görünməsi adi hal deyil” - SAHİB ALIYEV

“Vardanyan kimi dələduzun Qarabağda görünməsi adi hal deyil”. SİA xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında deputat Sahib Alıyev deyib.

Onun sözlərinə görə, Vardanyana da xüsusi tapşırıqlar verib: "Dələduz Vardanyanın təxribatlarına göz yumulmayacaq. Onun özü də Qarabağa getməkdən o qədər razı deyil. Qarabağa gəlməsi səbəbi isə öldürülən rusiyalı milyarderlər arasında olmamaqdır.

Ona tapşırıq verilib ki, öz təxribatlarını özü maliyyələşdirsin. Rəsmi Bakı isə bununla razı olmayacaq. O, ya Bakıya gətiriləcək, ya da oradan rədd olub gedəcək”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə