“Ermənistanın gözləntisi Azərbaycanın qınanılması idi” - EKSPERT AÇIQLADI
“Məlum olduğu kimi, noyabrın 23-də İrəvanda Ermənistan baş naziri Nikol Paşinyanın sədrliyi ilə KTMT-nin sammiti keçirildi. Bu sammitdə KTMT-yə üzv olan ölkələrin rəhbərləri, xarici işlər və müdafiə nazirləri, təhlükəsizlik şurasının sədrləri də iştirak etdilər. Hər iki tədbirlər paralel keçirildi. Yəni, ölkə başçıları ayrılıqda bu tədbirlərdə iştirak etdilər. Digər o üç nazirin güc qüvvələri sammiti isə ayrı-ayrılıqda keçirildi”. Bu sözləri SİA-ya açıqlamasında hərbi-siyasi ekspert Telman Qasımov deyib.

Onun sözlərinə görə, sammitdə Ermənistanın daha çox gözləntiləri bu idi ki, ölkələr Azərbaycanı qınasınlar: “Guya ki, Azərbaycan ordusu sentyabr ayının 13-14-ü Ermənistan ərazisinə müdaxilə edib, ərazi bütövlüyünü pozulub və Azərbaycan Silahlı Qüvvələri guya Ermənistanın ərazilərini işğal ediblər. Digər tərəfdən də Azərbaycanın demək olar ki, həmin bu lahiyə ilə bağlı olan hansısa konkret sanksiyanın qəbul olunmasını arzu edirdi.
Təbii ki, həmin o iki bəndlər hansılar ki Azərbaycanla bağlı idi, KTMT olan ölkələr bunu qəbul etmədilər və yenidən baxılması ilə həmin sənədləri geri göndərdilər. Ümumilikdə həmin günü heç bir sənədin və protokolun imzalanması baş tutmadı”.
Telman Qasımov sözlərinə belə davam edib: “Ermənistandakı anti- Rusiya və anti-KTMT abu-havasının yaşanmasını gördük. Bütövlüklə biz o şüarları və həmin o etiraz aksiyalarında qərb ölkələrinin bayraqlarını gördük. Yəni, demək olar ki, sammit çox sakitlik və rahatlıq fonunda keçirilmədi. Ermənistanda etiraz aksiyaları gözlənilən kimi də baş tutdu.
Burada təbii ki Ermənistan tərəfin gözləntiləri çox idi, lakin istədiklərinə nail olmadıqları üçün vəziyyət indi bir az daha da ağırlaşdı. Paşinyana qarşı həmin o Avropa qüvvələri üzvləri, xüsusən də ekspertlər daha da çox hücuma başladılar.
Burada Aleksandr Lukaşenko bir daha Azərbaycan tərəfindən çıxış edərək üstüörtülü şəkildə yenə də Paşinyana anlatmağa çalışdı ki “Siz hazırlaşın, Rusiyanın təklif etdiyi paketi qəbul edin. Yəni Rusiyanın təklif etdiyi sülhlə bağlı olan o paketindən başqa sizin bir gözləntiniz olmasın. Çünki əgər siz gözləyirsinizsə, Ukraynada Rusiya məğlub olacaq və sizin gününüz yaxşı olacaq. Burada əgər Rusiya məğlub olsa daha çox o töküntülərin altında siz qalacaqsınız”.
Onsuz da proqnozlar belə idi ki, KTMT iclasında Ermənistanda onsuz da hansısa bir qətnamənin, yaxud qərarın çıxarılması qeyri-mümkündür. Bu mümkün deyildi. Çünki KTMT-nin bizə olan münasibəti bəllidir. Orada olan ölkələrin əksəriyyəti bizimlə dostdur.
Ermənistan tərəfi yenə də çalışdı ki, manipulyasiyaya əl atsın, orada Azərbaycana qarşı təxribatlar etsin, heç olmasa orada bircə kəlmə ifadə olunsun. Şükürlər olsun ki, o da olmadı.
Düşünürəm ki, Ermənistanın bundan sonra atacağı addımlar birmənalı şəkildə onlara dərs olmalıdır ki, yəni əl çəkin, bəsdirin, yetər. Nə qədər bezdirmək olar axı, ki, Azərbaycan belə etdi, elə etdi. Yəni konkret addımlar atılmalı, sülh müqavilələri imzalanmalıdır. Sərhədlərin delimitasiya- demorkasiya məsələləri qalıb bir kənarda Ermənistan ancaq və ancaq vəziyyəti daha da gərginləşdirir, daha da təxribatlara əl atmaq istəyir. Ona görə də bu baxımdan mən düşünürəm ki, dünənki KTMT iclasında Azərbaycan tərəfi bir daha Ermənistanın qapısına bir top vurdu. Yəni, əgər burada Azərbaycana qarşı hər hansı bir sənəd qəbul olunmadısa, üstəlik də ki hələ o paketdən o bəndlər çıxarıldı. Demək belə hesab edək ki Azərbaycan İrəvanda qalib gəldi. Digər tərəfdən Paşinyanın bu təxribatları növbəti dəfə baş tutmadı”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB