Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır - MN

Noyabrın 23-ü saat 13:20 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması nəticədə qarşı tərəfin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır. Bu barədə SİA-ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

"Yayılan məlumatı qəti surətdə təkzib edirik", - müdafiə qurumu vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə