YAP qələbələr partiyası olduğunu sübut edib FOTOLAR

YAP qələbələr partiyası olduğunu sübut edib FOTOLAR

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının “Böyükşor şos.2062-cı məhəllə” (AMEA Aşqarlar Kimyası İnstitutu) ünvanı üzrə ərazi partiya təşkilatında Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illik yubileyi münasibəti ilə tədbir keçirilib.Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, AMEA Aşqarlar Kimyası İnstitutunun baş direktoru Vaqif Fərzəliyev, YAP Yasamal rayon təşkilatının sədr müavini Elnarə Mustafayeva, “Böyükşor şos.2062-ci məhəllə” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Vəli Kazımov və ərazi üzrə partiyanın üzvləri iştirak edib. Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirdə giriş nitqi ilə çıxış edən İnstitutun baş direktoru Vaqif Fərzəliyev bildirib ki, hakim Yeni Azərbaycan Partiyasının yaranmasının yubiley yaşını-30 illiyini böyük qürur və sevinc hisslərilə keçiririk: “Bu tarix təkcə bir siyasi təşkilat üçün deyil, bütövlükdə xalqımız, dövlətimizdən ötrü mühüm əhəmiyyət kəsb edən və Azərbaycanın şərəfli tarixinə qızıl hərflərlə yazılan əlamətdar bir tarixdir. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən və bu gün Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyamızın ötən dövr ərzində keçdiyi yola da nəzər salsaq, onun həm milli-tarixi ənənlərimizə sadiqliyinin, eyni zamanda yuxarıda qeyd etdiyimiz - müstəqilliyin qorunması, möhkəmlənməsi və ərazi bütövlüyünün təmin olunması kimi başlıca məqsəd və vəzifələri böyük məsuliyyətlə, layiqincə yerinə yetirdiyinin şahidi oluruq”. YAP Yasamal rayon təşkilatının Bəxtiyar Nəbiyev çıxışında bildirib ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən Yeni Azərbaycan Partiyası ölkəmizin inkişafında mühüm rola malikdir. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasıın Sədri İlham Əliyevin rəhbərliyi ilə partiya nəinki ölkəmizin, hətta regionun aparıcı siyasi qüvvəsinə çevrilib. Vurğulayıb ki, hazırda dünyanın ən sabit və dinamik inkişaf edən dövlətləri ilə bir sırada yer alan Azərbaycanın qazandığı parlaq uğurlarda xalqımızın milli maraqlarını ifadə edən vahid və avanqard siyasi qüvvəyə çevrilən YAP-ın mühüm rolu var. Qeyd edib ki, 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın 2020-ci il sentyabrın 27-dən başlayan 44 günlük Vətən müharibəsində azad edilməsi, düşmən üzərində böyük tarixi Qələbə qazanılması bir tərəfdən ümumi rifahın, tərəqqinin və inkişafın məntiqi yekunudursa, digər tərəfdən Prezident İlham Əliyevin müstəsna hərbi-siyasi məharətinin və çoxşaxəli dövlətçilik fəaliyyətinin ən parlaq nümunəsidir.Çıxış edən “Böyükşor şos.2062-ci məhəllə” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Vəli Kazımov qeyd edib ki, tarixi şəxsiyyət Heydər Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində müstəqil dövlət quruculuğunda əldə olunan uğurlar, Azərbaycanın dünya birliyində mövqeyinin möhkəmlənməsi Yeni Azərbaycan Partiyasının da xalq arasındakı nüfuzunu getdikcə artırdı. Bunun nəticəsidir ki, bu gün Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyamız həm regionda, həm də beynəlxalq aləmdə ən nüfuzlu partiya kimi tanınır və siyasi uğurları təqdir edilir.Tədbirin sonunda YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev tərəfindən AMEA Aşqarlar Kimyası İnstitutunun baş direktoru akademik Vaqif Fərzəliyevə Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illik yubileyi münasibəti və partiyada ictimai-siyasi fəaliyyətinə görə fəxri fərman təqdim edilib. Daha sonra YAP-nin 30 illiyi münasibəti ilə Aşqarlar Kimyası İnstitutunda gənc alim və mütəxəssislər arasında elan olunan “Ən məhsuldar gənc alim” müsabiqəsinin qaliblərinə diplom və qiymətli hədiyyələr təqdim edilib. AMEA Aşqarlar Kimyası İnstitutunun elmi-ictimai fəaliyyətini səmərəli işıqlandırdığına görə AMEA Rəyasət Heyəti Aparatının Dövri nəşrlər sektorunun müdiri Nərgiz Qəhrəmanova Fəxri Fərmanla təltif edilib.

Nəzakət

Bütün xəbərlər Facebook səhifəmizdə