Ariel Koen: “Bütün dünya İranın qəddarlığına qarşı birgə mübarizə aparmalıdır”
Ölkələr İranın həm ölkə daxilindəki, həm də ölkəsindən xaricdəki qəddarlığını yalnız birgə gücləri ilə dayandıra bilərlər. SİA xəbər verir ki, bu barədə Atlantic Council təşkilatının baş elmi mütəxəssisi, enerji, inkişaf və təhlükəsizlik üzrə direktoru Ariel Koen bəyan edib.
Onun sözlərinə görə, İran rejimi beynəlxalq hüququ pozur və yalnız öz xalqına qarşı deyil, həm də Rusiyaya silah verməklə Ukrayna xalqına qarşı aparılan müharibədə iştirakçıya çevrilir. Koen bildirib ki, beynəlxalq ictimaiyyət BMT-nin egidası altında məhkəmə keçirməlidir və İranda insan hüquqlarını pozanlara qarşı hökm verməlidir. O, hətta İranın ali dini rəhbərini bu sıralamada birinci qeyd edib. “Əlbəttə ki bu, onların cinayətlərinə qarşı şifahi hökmlər olacaq”, deyə o bildirib.
![]()
“Nəinki öldürülənlərin və həbs edilənlərin ailələrinə vəsaitlər toplanmalıdır, eləcə də hərəkatın özünə dəstəklər göstərilməlidir”
Ariel Koenin sözlərinə görə, İran xalqına böyük beynəlxalq dəstək göstərmək lazımdır: “Nümayişlər, mitinqlər keçirilməli, nəinki öldürülənlərin və həbs edilənlərin ailələrinə vəsaitlər toplanmalıdır, eləcə də hərəkatın özünə dəstəklər göstərilməlidir”.
“İnsanlar və beynəlxalq ictimaiyyət bilməlidirlər ki, biz İran xalqını dəstəkləyirik və bu dəstək daha böyük olmalıdır. Mən istəyirəm ki, İran diasporu azərbaycanlılar da daxil İran hökumətinə qarşı təzyiqlərdə, KİV-lərdə, İrandakı azadlıq mücadiləsi aparan qardaş və bacılara dəstək olmaq üçün vəsaitlərin toplanmasında fəallıq göstərsinlər”, deyə ekspert bildirib və onu da təəssüflə qeyd edib ki, dünya ayrı məsələlərlə başını qatıb: ABŞ-da seçkilər, Ukraynada müharibə və s. Lakin İrandakı olaylar diqqət mərkəzindən kənarda qalıb.

Koen İranın Rusiyanı silahlarla təchiz etməsi məsələsinə də toxunaraq bildirib ki...
Onun sözlərinə görə, İran çox zəngin ölkə ola bilərdi, xüsusilə təbii qaz ehtiyatlarını inkişaf etdirsəydi. Lakin rejim buna imkan vermədi və əgər o dəyişilsə yeni hakimiyyət şəxsi ideologiyasının möhkəmlənməsinə deyil, İran xalqının səmərəsinə çalışacaq. “Hazırkı rejim indiyə qədər qiyam və çevrilişlərlə toqquşub, ancaq onlar yatırılıb”, deyə xatırladan Koen düünür ki, nə zamansa buna dövlət məmurları, o cümlədən hərbçilərlə qatılacaqlarmı? “Bəsdirin, biz daha öz insanlarımızı, körpələrimizi öldürmək istəmirik, biz ona görə buradayıq ki, rejimin əzablarına, yoxsulluğa son qoyulsun”.

Koen İranın Rusiyanı silahlarla təchiz etməsi məsələsinə də toxunaraq bildirib ki, Tehranın Moskvaya silah satması həqiqətən də beynəlxalq hüququn pozulması və hərbi cinayətdir, belə ki, bu silahlar dinc sakinləri qətlə yetirir. Onun sözlərinə görə, ABŞ və Qərbi Avropa nəinki şirkətlərə, həm də ayrı-ayrı şəxslərə qarşı sanksiyalar tətbiq etməlidirlər – baş direktorlara, istehsalçılara və başqalarına.
“Belə hissələr (PUA və s. hərbi məqsədli texnologiyalar-R.R.) satılmamalıdır və İrana həmin hissələri satan ölkələr də sanksiyalara məruz qoyulmalıdırlar. Biz həm ölkə daxilində, həm də ölkədən xaricdə birlikdə İranın qəddarlığının qarşısını ala bilərik. Rejim özünü xalqına qarşı çox amansız aparır və belə məsuliyyətsizlik Ukrayna xalqına qarşı da yönəlib”, deyə Atlantic Council təşkilatının baş elmi mütəxəssisi, enerji, inkişaf və təhlükəsizlik üzrə direktoru Ariel Koen bəyan edib.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB