Həmrəyliyimiz, birliyimiz bizi qələbələrə aparmaqdadır - TƏHLİL

Öz xalqının taleyində müstəsna rol oynayan şəxsiyyətlər xalqını qələbələrə, işıqlı gələcəyə milli birlik, həmrəylik sayəsində aparırlar. Həmin şəxsiyyətlər xalqı öz ətrafında birləşdirməklə, milli ideyalar uğrunda səfərbər etməklə, ən çətin vəziyyətdən çıxmaq üçün düzgün, doğru yolu göstərirlər və cəmiyyətin inkişafına böyük töhfələr verirlər. Məhz Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı, cənab Prezident İlham Əliyev milli birlik sayəsində öz xalqını qələbələrə, işıqlı gələcəyə aparan, cəmiyyətin inkişafına saysız-hesabsız töhfələr verən şəxsiyyətlərdir və xalqımız tərəfindən də həmin şəxsiyyətlərə verilən yüksək qiymət, eləcə də hörmət və ehtiram göz önündədir.

Həmrəyliyin, milli birliyin sayəsində nələrin əldə olunduğunun, hansı nailiyyətlər, uğurlar və qələbələr qazanıldığının zaman-zaman şahidi olmuşuq. Ümumiyyətlə, milli birliyin, həmrəyliyin nəyə qadir olduğunu dəfələrlə müşahidə etmişik. Hələ ötən əsrin sonlarında daxili çəkişmələrin aradan qaldırılmasında həmrəyliyin nə kimi rol oynadığını gördük. Həmrəylik sayəsində hələ o dövrdə daxili parçalanmaların qarşısı alındı və məhz milli birliyə nail olunduğu üçün ölkəmiz öz inkişaf yoluna qədəm qoydu. Ümummilli Lider Heydər Əliyev xalqımızın milli birliyi ilə, həmrəyliyi ilə yaranmış xaosun qarşısını aldı və müstəqilliyini yenicə bərpa edən Azərbaycanın sabitliyi təmin olundu. Müstəqilliyi bərpa edilən Azərbaycanın dövlətçilik əsaslarının möhkəmləndirilməsi belə milli birliyimiz, həmrəyliyimiz sayəsində reallaşdı. Düz 30 ilə yaxın müddət ərzində erməni terrorçuları tərəfindən işğal altında saxlanılan torpaqlarımızın işğaldan azad edilməsində də milli birliyin, həmrəyliyin nəyə qadir olduğunu gördük. Ümumiyyətlə, milli birliyi, həmrəyliyi xalqımız məhz bu baxımdan yüksək qiymətləndirir və eləcə də dövlətimiz üçün də bu bu birlik olduqca əhəmiyyətli hesab olunur.

Ötən əsrin sonlarında öz müstəqilliyini yenicə bərpa edən, hələ möhkəmlənməyən Azərbaycana qarşı düşmən qüvvələr baş qaldırdığı zaman, ölkəmizi parçalamaq niyyəti ortaya atıldığı vaxt, ölkə hüdudlarından kənarda əleyhimizə olan qüvvələr baş qaldırdığı məqamda xalqımız və dövlətimiz üçün ən vacib məsələnin məhz milli birlik, həmrəylik, eləcə də diaspor quruculuğu və lobbiçilik oduğu öz təsdiqini tapmış oldu. Etnik qarşıdurmalara, toqquşmalara səbəb olacaq bütün əməllərə əl atanlar xalqımızı parçalamaq, yenicə müstəqilliyini bərpa edən dövlətimizi sarsıtmaq, vəziyyəti az qala vətəndaş müharibəsi həddinə gətirib çıxarmaq istəyənlər ölkəmizin daxilində olan o zamankı idarəsizlikdən, səriştəsiz hakimiyyətin olmasından, nəticədə də yaranmış xaosdan yararlanmaq istəyirdilər və bu vəziyyətdə bizim üçün birləşməyin, milli birliyə, həmrəyliyə nail olmağın nə dərəcədə əhəmiyyətli olduğu təkzib edilə bilməzdi. Hər kəs çox yaxşı bilir ki, erməni separatçılarının, Qarabağ klanının öz çirkin niyyətlərini həyata keçirmək üçün münbit şərait tapması da, torpaqlarımızın 20 faizinin işğala məruz qalması da məhz həm də həmin dövrdə milli birliyimizin, həmrəyliyimizin olmaması səbəbindən idi. Bədnam qonşularımız birliyimizin, həmrəyliyimizin olmamasından istifadə edərək namərdcəsinə üstümüzə hücum çəkdilər və öz işğalçılıq niyyətlərini gerçəkləşdirə bildilər. O dövrün səriştəsiz hakimiyyəti bunun qarşısını ala bilmədi, çünki birliyimizə, həmrəyliyimizə nail olmadan bunu etmək mümkün deyildi.

Azərbaycan xalqının təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdığı zaman məhz ilk növbədə, həmrəyliyimizi, birliyimizi bərpa etməklə, parçalanmaların, toqquşmaların qarşısını aldı və problemli məsələlərin köklü şəkildə həllinə nail oldu. Hər birimiz çox yaxşı bilirik ki, xalqımız Ulu Öndərin ətrafında sıx birləşdi və birliyimiz, həmrəyliyimiz sayəsində ən çətin problemlərin öhdəsindən gəlindi. Parçalanmaların qarşısı alındıqdan sonra ilk növbədə davam etməkdə olan erməni işğalına son qoyuldu, atəşkəs elan olundu, sabitlik bərpa edildi, bugünkü qələbələrimizi təmin edəcək iqtisadi inkişaf yolunun təməli qoyuldu. Bununla da cəmiyyətimizin bütün sahələr üzrə inkişafı istiqamətində əsaslı addımlar atıldı və heç şübhəsiz ki, bütün bunlar birliyimiz, həmrəyliyimiz sayəsində reallaşdırıldı.

Ölkəmizin hüdudlarından kənarda da əleyhimizə olan qüvvələrin məhz ölkəmizə qarşı çirkin niyyətlərini həyata keçirməyə çalışdıqları da bəlli idi və hələ də belə qüvvələr öz çirkin fəaliyyətlərini davam etdirməkdədirlər. Belə olan halda, bizim ölkə hüdudlarında kənarda vətənimizin milli maraqlarını müdafiə edəcək diasporlarımızın, lobbilərimizin olması labüd idi. Ümumiyyətlə, təkcə ölkə daxilində deyil, ölkəmizdən xaricdə yaşayan həmvətənlərimizin də birliyinə, həmrəyliyinə eydiyac duyuıurdu. Məhz buna görə də Ulu Öndər Heydər Əliyev xarici ölkələrə səfərləri zamanı həmin ölkələrdə yaşayan azərbaycanlılarla görüşür, söhbətlər aparır, harada yaşamasından, harada məskunlaşmasından asılı olmayaraq onların bir-birləri ilə əlaqəni kəsməməsi barədə onlara tövsiyələr verirdi. Onlara təşkilatlanmaq, bir olmaq tövsiyəsi dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar tərəfindən xoş qarşılandı. Bununla da ölkə hüdudlarından kənarda olan həmvətənlərimiz birliyə nail olmaq üçün diaspor yaranmağa başladılar və beləliklə də, diaspor quruculuğuna başlanıldı. Bu baxımdan da cəsarətlə deyə bilərik ki, diaspor quruculuğu, eləcə də lobbiçilik məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün dünyanın bir çox ölkələrində yaşayan azərbaycanlıların təşkilatlanmasının, Azərbaycan diasporlarının yaradıcısı və banisi elə məhz Ümummilli Lider Heydər Əliyevdir deməkdə hər birimiz əlbəttə ki, haqlıyıq.

Ermənilər tərəfindən işğal edilən və 30 ilə yaxın müddət ərzində işğal altında saxlanılan ərazilərimizin, öz torpaqlarımızın da işğaldan azad edilməsində həmrəyliyimizin, milli birliyimizin boyük rolu olduğunu gördük. Əyani şahidi olduq ki, Ali Baş Komandanımızın ətrafında bir yumruq kimi birləşən xalqımız “Dəmir yumruq” oldu və düşmənin başını ən tez zamanda əzdi. Məhz milli birliyimizin, həmrəyliyimizin qarşısında tab gətirə bilməyən düşmən kaitulyasiya sənədinə imza atmaq, təslim olmaq və ərazilərimiz tərk etmək məcburiyyətində qaldı. Həmin dövrdə xarici ölkələrdə belə erməni əsillilər ölkəmizə qarşı müxtəlif kampaniyalar keçirmək niyyəti ilə ortaya atılmışdırlar və məhz Azərbaycan diasporu buna layiqli şəkildə cavab verdi. Bir çox ölkələrin səfirlikləri qarşısında erməni əsillilər Azərbaycana qarşı qarayaxma kampaniyası keçirmək istədikləri zaman qarşılarında Azərbaycan diasporunu, lobbisini görmüş oldular. Xarici ölkələrdə məhz diasporlarımız, lobbilərimiz xalqımızın və ölkəmizin haqq səsini ucaltdılar. Bizim haqlı olduğumuzun dünyaya bəyan edilməsində diasporlarımız, lobbilərimiz əllərindən gələni əsirgəmədi. Biz şahidi olduq ki, diasporların və lobbilərin fəaliyyəti nə dərəcədə vacib və əhəmiyyətlidir. Bu gün həmin fəaliyyət, diasporlarımız və lobbilərimiz ölkə rəhbərimizin diqqət və qayğısı ilə əhatə olunub. Hazırda erməni lobbisi Ermənistanı maddi cəhətdən təmin etdiyi halda, Azərbaycan dövləti bundan fərqli olaraq, öz diasporlarını hər istiqamətdə dəstəkləyir.

Milli birliyin, həmrəyliyin, diaspor quruculuğunun, lobbiçiliyin nə dərəcədə əhəmiyyətli olduğu bizim üçün gün kimi aydındır. Bilirik ki, müharibə hərb meydanında başa çatsa da, informasiya müharibəsi hələ də davam etməkdədir və nə qədər davam edəcəyi də bəlli deyil. Bu baxımdan da həmin o informasiya müharibəsinin də qalibi olmaq, diplomatik müstəvidə də qələbələr əldə etmək üçün diaspor quruculuğuna, lobbiçiliyə, milli birliyə və həmrəyliyə hər zaman ehtiyac var. Ümumiyyətlə, xalqımız birliyi, həmrəyliyi yüksək qiymətləndirir. Biz yenə də öz qələbələrimizi, uğurlarımızı birliyimiz və həmrəyliyimiz sayəsində əldə etməkdəyik. Bir sıra qüvvələrin, eləcə də ermənipərəstlərin Azərbaycanın müstəqil siyasət aparmasını həzm etməməsi fonunda ölkəmizə qarşı ədalətsiz mövqe sərgiləməsi fonunda biz öz milli birliyimiz və həmrəyliyimizlə yenə də onlara layiqli cavab verməkdəyik. Prezident seçkilərində öz milli birliyini, həmrəyliyini bir daha sübut edən xalqımız düşmən qüvvələri bir daha məyus etdi. Zəfər seçkisi kimi tarixə yazılan prezident seçkisində öz həmrəyliyini, birliyini bir daha münayiş etdirən xalqımız qalib ölkənin qalib prezidentini seçdi. Bütün dünyaya bəyan edildi ki, həmrəyliyimiz, birliyimiz bizi hər zaman qalib edəcək. Məhz bu baxımdan da milli birliyimiz, həmrəyliyimiz, diaspor quruculuğu, lobbiçilik diqqət mərkəzindədir.

Müəllif: İnam Hacıyev

6.3.14. - "Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi"

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə