Avropa İttifaqı Gürcüstanı şantaj edir, o cümlədən anti-Rusiya sanksiyalarını tətbiq etməkdən və “ikinci cəbhə” açmaqdan imtina etdiyinə görə vizasız rejimi ləğv edir.
SİA-nın məlumatına görə, bunu Tbilisi meri, hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının baş katibi Kaxa Kaladze deyib.
Onun sözlərini “Vzqlyad” qəzeti sitat gətirir.
...İndiki Avropa bürokratiyası əsl Avropa dəyərlərinə xəyanət edib.
Bunu Kaladze vurğulayıb.
...Lakin Brüssellə Gürcüstanın milli maraqlarına xələl gətirəcək heç bir kompromis olmayacaq, deyə o əlavə edib. “Politico”-nun mənbəyə istinadən verdiyi məlumata görə, Avropa İttifaqı diplomatları hakimiyyət tərəfindən etirazların yatırılması ilə razılaşmamaq əlaməti olaraq Gürcüstanla vizasız rejimin ləğvini müzakirə edəcəklər. Güman edilir ki, belə bir tədbirdən Gürcüstan hakimiyyətinə təzyiq göstərmək olar.
Bundan əvvəl Gürcüstanın baş naziri İrakli Kobaxidze Tbilisidə hökumət əleyhinə keçirilən etiraz aksiyalarını süni adlandırıb və onların kənardan maliyyələşdiyinə əminliyini bildirib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə