Bosniya və Herseqovinanın iki bölgəsində meşə yanğınları ilə mübarizə aparılır.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, ölkənin cənubundakı Mostar şəhəri ətrafında üçüncü gündür davam edən meşə yanğınları geniş əraziyə yayılır. Fortiça təpəsinə doğru yayılan alovun söndürülməsində mülki müdafiə qüvvələri, ordu, könüllü yanğınsöndürmə cəmiyyətlərinin üzvləri və yerli sakinlər iştirak edirlər. Yanğınları söndürmək üçün helikopterlərdən istifadə olunur.
Yanğın hazırda yaxınlıqdakı Sutina və Podveley qəsəbələrinə doğru yayılır. Güclü külək yanğınsöndürənlərin işini çətinləşdirir.
Bosniya və Herseqovinanın Serbska Respublikasının Trebinye bölgəsində də meşə yanğınları davam edir.
Alovun Dobromani kəndində evlərə yaxınlaşdığı bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Warning: array_chunk() expects parameter 1 to be array, null given in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 169
Warning: Invalid argument supplied for foreach() in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 170