FİRDOVSİ ƏLƏMOĞLU

Düşmən etsə də həmlə,
Qarşılaşsaq da qəmlə,
Həmişə güləcəyik,
“Biz birlikdə güclüyük!
Ölüm sevinməsin qoy,
Düşmənə tutarıq toy,
Ucalıqdır şəhidlik,
“Biz birlikdə güclüyük!

Alırıq torpaqları ,
Sancırıq bayraqları,
Hər gün irəlləyirik,
“Biz birlikdə güclüyük!

Qorxan gözə çöp düşər,
Belə söyləmiş bəşər,
Basılar ermənilik,
Biz birlikdə güclüyük!

Qalibiyyət bizimdir
Bunu İlham deyibdir,
O günü gözləyirik,
“Biz birlikdə güclüyük!

İşıqlı günlərimiz,
Hələki qabaqdadır.
Qalxın igidlərimiz,
Vətən yenə dardadır!

Bir Millət, iki dövlət,
“Qalib gələcək əvət!
Məğlubedilməz Türkük,
“Biz birlikdə güclüyük!

12.10.2020

Bütün xəbərlər Facebook səhifəmizdə