Qadın, həqiqətən də, güclü qüvvədir...

Bu günlərdə Danimarkada maraqlı bir təcrübə aparılıb. Belə ki, ölkə universitetlərindən birinin tədqiqatçıları kişi və qadınların ömür uzunluğu arasındakı fərqlə bağlı araşdırma aparıblar. Maraqlıdır ki, tədqiqat zamanı əksər dişilərin daha uzun yaşadığı ortaya çıxıb. Təbii ki, bunu insanlara şamil etsək, burada bunun insanlar üçün də keçərli olduğu meydana gəlir. Deməli, bu uzunömürlülük yalnız yaşayış şərtləri və ətraf mühitlə əlaqəli deyil. Bu qadın orqanının gücünün genetik olaraq olduğunu ortaya çıxarır.

Əslində, aparılan tədqiqatlar uzunömürlülüyün dişi onurğalıların əksəriyyətinə aid olduğunu ortaya qoyur. Məsələn, adi sərçələr üzərində aparılan bu tədqiqat da eyni nəticəni verib. Yəni, dişi sərcələr erkəklərdən çox yaşayırlar.

Özlüyündə bu, təəccüblü deyil. Ancaq bu fərqin izahı alimləri heyrətləndirdi. Amma maraqlıdır ki, səbəb qadınların genetikasında, onlara bir neçə illik ömür əlavə edən məhz onların özləridir.

Əslində, qadınların daha uzun yaşaması yeni bir şey deyil. Məsələn, 2016-cı ildə Danimarkada dünyaya gələn qızlar 82,8 yaşına qədər yaşayacağına ümid edə bilərlər. Bu, eyni ildə doğulan oğlanlardan tam dörd il uzundur.

Bu fərqin əksəriyyəti ətraf mühitə aid edilə bilər. Ancaq bunu nəzərə alsaq da, yenə də bir fərq var və elm adamları illərdir bunu izah etməyə çalışırlar.

Ən çox yayılmış nəzəriyyələr arasında bir çox kişilərin daha böyük olduqları və qocalıqda belə bir böyük bədəndə həyatını qorumağın daha çətin olduğu göstərilir. Digər bir nəzəriyyə görə isə kişilərin, təbii ki, qadınlara nisbətən daha çox enerji sərf etmələri önə çəkilir.

Ancaq qeyd edilməlidir ki, bütün bunlarla razılaşan danimarkalı tədqiqatçı Fernando Kolçero və onun həmkarları bu fenomeni sərçələr nümunəsi ilə araşdırdıqda üçüncü bir izahat tapmağı bacardılar.

Nədir bu üçüncü izahat? Tədqiqatçılar bunu fiziki müxtəliflik adı ilə təqdim edirlər. Yəni qadınlarda kişilərdən fərqli olaraq, daha çox fiziki müxtəliflik var. Danimarkalı alimlər bunu dişilərdə fiziki heterojenliyin çoxluğu ilə əlaqələndirirlər. Axtardığım elmi mənbələrdə, “Heterojenlik bir qədər heterojendir, yəni onu təşkil edən elementlər bir-birindən fərqlənir və öz növbəsində eyni dəstin, qarışığın və ya qrupun bir hissəsini təşkil edir” kimi göstərilir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...