Pikassonun rəsm əsəri oğurlanıb

Bu yaxınlarda ABŞ-ın San-Fransisko şəhərində Pablo Pikassonun əsərlərindən ibarət sərgi keçirilib. SİA-nin RİA-Novostiyə istinadən verdiyi xəbərə görə, həmin sərgidə P.Pikassonun sadə qələmlə çəkdiyi rəsm əsəri oğurlanıb. Artıq San-Fransisko polisi oğrunu yaxalayıb.

Xatırladaq ki, "Weinşteyn" sərgi salonunda təşkil olunan sərgidə sözü gedən "qəhrəman" 1965-ci ilə aid rəsmi götürərək taksi ilə salondan uzaqlaşıb.

Xatırladaq ki, polis onu şəhərətrafı "Napa" otelində yaxalayıb.

Rəsmi oğurlayan 30 yaşlı Nyu-Cersi ştatının sakini Mark Luqo olub.

Qeyd edək ki, sərgidə Pikassonun rəsm əsərləri ilə yanaşı, Marka Şaqala, Salvador Dali və Xuana Mironun da əsərləri nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə