Belaruslunun şəhərin mərkəzində görünməsi qadağan edilib...

Nə baş verir?

İtaliyanın Bolonya şəhərinin polisi 32 yaşlı belarusluya şəhərin mərkəzində görünməyi qadağan edib.

SİA-nın məlumatına görə, bunu yerli il Resto del Carlino nəşri yazır.

Məhdudiyyət avqustun 18-də Bolonyadakı Piazza Maggiore meydanında baş verən döyüşdən sonra tətbiq edilib.

Onu ona yaxın evsizlər təşkil edib. Əvvəlcə bir-birlərinə şifahi hücum ediblər, daha sonra isə bir-birinə şüşə butulkaların atılması ilə əlbəyaxa dava başlayıb.

Münaqişənin iki iştirakçısı (belarus və italyan) “təhlükəli” kimi tanınıb və iki il müddətinə Bolonyanın mərkəzində görünmək qadağan edilib.

Hər iki şəxs əvvəllər quldurluq, hədə-qorxu və xəsarət yetirmə maddələri ilə məhkum olunublar.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə