Strabonun Amasya şəhərində doğulduğunu bilirsinizmi?

Dünyanın ilk tanınmış coğrafiyaşünasının Türkiyenin Amasya şəhərində doğulduğunu bilirsinizmi?
Amasya Türkiyenin alma bağları, dağları, düzənlikləri və gölləri ilə məşhur olan şəhəridir. Amasya eyni zaman coğrafiyaşünasların əcdadı kimi qəbul edilən Strabonun da doğulub yaşadığı şəhərdir. Dünyanın ilk coğrafiyaşünası, eyni zamanda filosofu və tarixçisi olan Strabon eramızdan əvvəl 64-cü ildə Amasyada varlı bir ailənin oğlu olaraq dünyaya gəlib. Şəhərin mərkəzində məşhur tarixçi və coğrafiyaşünasın heykəli ucaldılıb.

SİA-nın əldə etdiyi məlumata görə, Amasya Anadolunun ən qədim bölgələrindən biridir. Hititlər daxil olmaqla müxtəlif sivilizasiyaların mərkəzinə çevrilən şəhərin bilinən ən qədim adı Amasiyadır. Strabon məşhur coğrafiya kitabında Amasiyadan “Amasseia” kimi də bəhs edir. Strabonun fikrincə Amasya adı burada yaşayan Amazon kraliçası Amasisdən gəlir. Amasyanın dəqiq qurulma tarixi haqqında məlumat olmasa da, şəhərin bu günə qədər 19 fərqli dövlətin hakimiyyəti altında olduğu təxmin edilir. Amasiya e.ə. 281-ci ildə qurulan Pontus Krallığının paytaxtı olub. Bu səbəbdən Amasiyada Pontus Krallarının məzarlarına rast gəlmək mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə