Atlantik: "Çin zəif oyunçu olduğunu sübut etdi..."

Pekin regionda təhlükəsizlik qarantı rolunu öz üzərinə götürməyə hazır deyil...

İyun ayında İran və İsrail arasında baş vermiş hərbi toqquşma nümayiş etdirdi ki, Çin regionda artan nüfuzuna və iqtisadi maraqlarına baxmayaraq, qlobal fövqəldövlət olmağa hazır deyil.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “The Atlantic” yazır.

Tehranın əsas ticarət tərəfdaşı və Yaxın Şərq diplomatiyasının fəal iştirakçısı olan Pekin münaqişənin həllində praktiki olaraq heç bir rol oynamadı.

Çin prezidenti atəşkəs və İranın nüvə proqramı ilə bağlı danışıqları ehtiva edən dörd bəndlik plan təklif etsə də, təşəbbüs xüsusilə İsrailin qulağından çıxıb.

Çin uzun müddətdir ki, neftinin yarısından çoxunu aldığı regionda sabitliyi təmin etmək üçün İran, Səudiyyə Ərəbistanı və BƏƏ ilə əlaqələri gücləndirməyə çalışır.

Bununla belə, Tehranla yaxın münasibətlər, xüsusən Pekin 2023-cü ilin oktyabrında açıq şəkildə Həmas tərəfdarı mövqe tutduqdan sonra Qüdslə dialoqu çətinləşdirir. Strateji tərəfdaşlığa baxmayaraq, Çin İrana hərbi və siyasi dəstək vermir.

25 il ərzində 400 milyard dollarlıq sərmayə vədləri yerinə yetirilməmiş qalır, Çin şirkətləri ABŞ-ın sanksiyalarından qorxurlar.

Pekin İran neftini dərin endirimlərlə alır, lakin Qərbin məhdudiyyətlərindən gələn zərəri kompensasiya edə bilmir. Hərbi-siyasi baxımdan Çin gücü Yaxın Şərqə yönəltməyə qadir deyil və buna cəhd də etmir.

ABŞ-dan fərqli olaraq, o, ittifaqlar və təhlükəsizlik zəmanətləri yaratmaqdan çəkinir.

Ekspertlərin qeyd etdiyi kimi, Çin regionda təhlükəsizliyin təminatçısı rolunu öz üzərinə götürməyə hazır deyil və bunu heç kim gözləmir. Çinin iqtisadi təsiri nə Yaxın Şərqdə, nə də dünyada hələ də geosiyasi liderliyə çevrilməyib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə